Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

NHN Məcəlləsi

Preambula

Bu Məcəllə “Nə? Harada? Nə zaman?” (bundan sonra NHN) oyununun idman variantının əsas qaydalarını ehtiva edir. Bu Məcəllə oyunun gedişi zamanı yaranan bütün vəziyyətləri nəzərdə tutmur və həmçinin oyunun təşkilinin bütün detallarını reqlamentləşdirmir. Məcəllənin müvafiq paraqrafı ilə tənzimlənməyən hallar olduqda qərarlar Məcəllədə nəzərdən keçirilən analoji vəziyyət əsasında qəbul edilməlidir. Məcəllə ondan çıxış edir ki, müxtəlif hakimlik funksiyalarını yerinə yetirən şəxslər lazımi və kifayət qədər sağlam dərrakəyə malikdirlər və tam obyektivdirlər. NHN üzrə yarış keçirilərkən bu Məcəllə Yarışın Reqlamenti ilə birlikdə istifadə edilməlidir. Yarışın Reqlamenti bu Məcəlləyə zidd olmamalıdır.Yarışın Reqlamenti bu Məcəllənin mətnində, Yarışın Reqlamentində nəzərdə tutulmalı informasiya kimi göstərilmiş məlumatları özündə ehtiva etməlidir.

İstifadə olunmuş ixtisarlar

YTK – Yarışın Təşkilat Komitəsi.

OJ – Oyun Jürisi.

AJ – Apelyasiya Jürisi.

RK – Redaksiya Kollegiyası.

TK – Texniki Komissiya.

NHN oyununun xarakteristikası

NHN – komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları komanda oyunudur. Rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmış komanda qalib gəlir.

Hissə 1. Oyun

Fəsil 1.1. Oyunun iştirakçıları

1.1.1. Komandalar

Oyunçular komandalarda birləşiblər. Hər bir an oyun masasının arxasında altıdan çox olmamaq şərtilə oyunçu ola bilər. Heç kim turun gedişi zamanı nə eyni zamanda, nə də ki, ayrı zamanda iki komandada oynaya bilməz. Komandanın heyətində İştirak Ərizəsində komandanın oyunçusu kimi təqdim edilmiş oyunçular çıxış edə bilər (bax. Əlavə A). Oyunçu dəyişiklikləri yalnız turdan sonrakı fasilədə həyata keçirilə bilər. Hər bir komandada kapitan xüsusi funksiyaları yerinə yetirir. Komandanın İştirak Ərizəsində onun kapitanının kim olması aydın şəkildə qeyd edilməlidir. YTK və ya onun nümayəndəsi ilə razılaşdıqmaqla kapitanın funksiyaları müvəqqəti olaraq həmin komandanın başqa oyunçusuna verilə bilər. Bu oyunçu kapitan sayılmır, ancaq kapitana ayrılmış funksiyaları yerinə yetirir.

1.1.2. Aparıcı

Aparıcı sualları və cavabları oxuyur, nəticələri səsləndirir. Aparıcı:

• yaxşı diksiyaya malik olmalı və oyunun aparıldığı dili mükəmməl bilməlidir;

• əvvəlcədən oyun materialı ilə tanış olmalıdır;

• sualları dəqiq və aydın oxumalıdır;

• avtomatik səs siqnallarının yoxluğu zamanı vaxt axımının hesabını aparmalıdır;

1.1.3. Oyun Jürisi

OJ-nin öhdəsinə komandaların cavablarının sayılması və oyun qaydalarına riayət edilməsinə nəzarət etmək düşür. OJ həm də tur zamanı bu Məcəllədə və Yarışın Reqlamentində nəzərdə tutulmamış bütün hallar üzrə qərar qəbul edir. Bundan əlavə, OJ-yə kömək məqsədi ilə Texniki Komissiya (TK) yaradıla bilər. Əgər o yaradılıbsa, TK-nın vəzifələrinə nəticələr cədvəlinin aparılması və komandaların cavab kartlarının saxlanılması aiddir. Tur ərzində oyunçuların TK ilə ünsiyyəti qadağandır.

Yarışların Reqlamentində aparıcının, YTK üzvlərinin, AJ və ya TK üzvlərinin OJ-də üzvlüyünün mümkünlüyü barədə qərar aydın şəkildə fiksə edilməlidir.

OJ-nin tərkibinə ən azı 2 nəfər daxil olmalıdır. Əyani turnirlərdə OJ üzvlərinin sayını iştirak edən komandaların sayı ilə əlaqələndirmək tövsiyə olunur (turnirdə iştirak edən hər 30 komandaya 1 OJ üzvü). OJ-nin tərkibi YTK tərəfindən yarış başlanana qədər müəyyən edilməli və yarışın əvvəlində komandalara elan edilməlidir.

Cavabların düzgünlüyünü müəyyən edərkən OJ bu Məcəllənin 2.1.4. paraqrafında formulə edilmiş prinsipləri rəhbər tutmalıdır. Qeyd edilən paraqrafın təsiri altına düşməyən hallarda OJ cavabın düzgünlüyünü öz mülahizəsi əsasında qiymətləndirmək hüququna malikdir. Oyun qaydalarına riayət olunmasına nəzarət edərkən OJ bu Məcəllənin müddəalarını, Reqlament və müvafiq bəndlərini rəhbər tutmalıdır.

1.1.4. Apelyasiya Jürisi

Apelyasiya Jürisi o vaxt formalaşdırılır ki, Turnirin Reqlamenti apelyasiyaların verilməsini nəzərdə tutur. AJ-nin vəzifəsi komandaların apelyasiyaları üzrə qərar qəbul etməkdir. AJ həm əyani, həm də müxtəlif əlaqə vasitələrinin köməyi ilə fəaliyyət göstərə bilər. AJ-nin iş qaydası Yarışın Reqlamentində aydın formada qeyd edilməlidir. AJ-nin funksiyaları 2.2. fəslində ətraflı təsvir edilib.

AJ-nin funksiyaları OJ üzərinə qoyula bilər. Bu halda AJ-nin hüquq və vəzifələri OJ-nin üzərinə qoyulur. Yarışda iştirak edən oyunçuların AJ-yə daxil edilməsi inadla tövsiyə olunmur.

Reqlamentdə aydın şəkildə AJ-nin formalaşdırması qaydası müəyyən edilməli və YTK üzvlərinin, OJ və TK-ya daxil edilmiş şəxslərin, aparıcının, turnirdə istifadə olunan suallar paketinin müəlliflərinin və redaktorların AJ-yə daxil edilməsi mümkünlüyü barədə qərar fiksə edilməlidir.

AJ-nin tərkibi 3 nəfərdən az olmamalıdır. AJ-nin tərkibi yarış başlanana qədər YTK tərəfindən təyin olunmalı və yarışın əvvəlində komandalara bildirilməlidir.

AJ məsləhət üçün istənilən şəxsə, o cümlədən yarışda iştirak edən oyunçulara müraciət edə bilər. AJ-nin qərarı qətidir.

1.1.5. Sekundantlar

Sekundantlar cavab kartlarını yığırlar. Sekundantların bu funksiyası 1.4.1. paraqrafında daha ətraflı təsvir edilib. Bundan əlavə sekundantlar mümkün olan dərəcədə komanda və oyunçuların oyun qaydalarına riayət etməsinə nəzarət edirlər. Xüsusən sekundantlar komandaların tərkibinin 6 nəfərdən çox olmamasına və komandaların sualın müzakirə qaydalarına riayət etməsinə nəzarət edirlər (bax, paraqraf 1.4.1.). Əgər sekundantın fikrinə görə komanda və ya oyunçu oyunun qaydalarını pozarsa sekundant reqlamentdə nəzərdə tutulmuş siqnal ilə (məsələn: fit və ya əl qaldırmaqla) OJ-nin diqqətini cəlb edir. Əgər qayda pozuntusu müzakirə vaxtı baş veribsə və istifadə olunan siqnal komandaların müzakirəsinə mane ola bilərsə sekundant OJ-nin diqqətini müzakirə müddəti bitdikdən sonra cəlb edir. OJ olanların mahiyyətini müəyyənləşdirməli, bütün lazımı məlumatları (məsələn, komandanın və sualın nömrəsini və s) qeyd etməlidir ki, bütün bunlardan sonra tur davam etməlidir. OJ qayda pozanların cəzalandırılması barədə qərarı turdan sonralı fasilədə qəbul edir. Sekundantlar həm də komandanın cavab kartını gec təhvil verilməsi barədə OJ-ni xəbərdar edə bilərlər. Ətraflı olaraq bu 1.4.1. paraqrafında təsvir edilib. Hər sekundanta ən çoxu 10 komanda düşməlidir. Tövsiyə olunur ki, turnir başlamamışdan əvvəl hər bir komanda müəyyən sekundanta təhkim edilsin.

1.1.6. Birləşmə

Turları iştirakçı komandaların hazırladığı turnirlərdən başqa turnirdə iştirak edən oyunçular RK, OJ və TK tərkibinə daxil olmamalıdırlar. Turnirin keçirilmə qaydalarından asılı olmayaraq, turnirdə iştirak edən oyunçuların AJ-yə daxil edilməsi inadla tövsiyə olunmur. RK, OJ və ya TK-nin işlərinin AJ-nin işi ilə birləşdirilməsi tövsiyə olunmur. Tövsiyə olunur ki, RK-nin tərkibindən ən azı bir nəfər OJ-nin tərkibinə daxil edilsin.

1.1.7. Digər

Turda YTK-nin heç olmasa bir nümayəndəsi iştirak etməlidir. YTK-nin üzvləri turun istənilən iştirakçı ola bilərlər (bu halda bu Məcəllədə nəzərdə tutulmuş hüquqlar, vəzifələr və məhdudiyyətlər onlara da şamil edilir). Turda iştirak edən YTK üzvləri YTK-ni tur zamanı təmsil edirlər, yəni YTK-ə həvalə edilmiş bütün qərarları qəbul edir və vəzifələri yerinə yetirirlər. Əgər, Yarışın Reqlamentində və ya YTK-nin qərarında əksi nəzərdə tutulmayıbsa, oyunda tamaşaçıların iştirakına icazə verilir.

Fəsil 1.2. Oyun materialları və ləvazimatları

Tur keçirilərkən aşağıdakı material və ləvazimatlardan istifadə olunur:

• suallar;

• oyun zalı;

• oturacaqlar;

• cavab kartları;

• məlumat materialları.

Yüksək səviyyəli yarışların keçirilməsində istifadə edilməsi tövsiyə olunan bəzi digər material və ləvazimatlar Əlavə A-da sadalanıb.

1.2.1. Suallar

1.2.1.1. Anlayış

NHN sualı – təbii dildə (məsələn: Rus dilində) qeyri–tekstual elementlərin (təsvirlər, səs və video yazıların və s.) cəlb edilməsi mümkünlüyü ilə formula edilmiş tapşırıqdır. Sualın strukturu və onun rəsmiləşdirilməsi qaydaları haqqında ətraflı bax Əlavə C.

NHN sualını digər növ tapşırıqlardan fərqləndirən səciyyəvi əlamətlərdir:

• tapşırığın qısalığı. Bir qayda olaraq NHN sualı bir dəqiqə ərzində verilə bilər. Qeyri-tekstual elementləri istifadə edən suallar üçün verilmə vaxtı bir neçə dəqiqəyə çata bilər.

• cavabın qısalığı. Bir qayda olaraq NHN sualının cavabının yazılması üçün bir neçə söz və ya simvol kifayət edir.

• düşünmə elementi. NHN sualının cavabı sual üzərində düşünmək yolu ilə gərəkli biliklərin və ümumbəşəri təsəvvürlərin (məsələn; gözəllik və ya gülməli şey haqqında) cəlb edilməsi mümkünlüyü ilə tapılır.

• ümumqəbulluq. NHN sualının qavranılması və ya ona cavab verilməsi üçün, bir qayda olaraq, dar ixtisas bilikləri tələb olunmur.

Сavab – sualda tələb olunan informasiyanın şifahi və ya yazılı formada ifadə olunmasıdır.

1.2.1.2. Sual materiallarının hazırlanması

Tur üçün sualları elektron formada hazırlamaq və onların verilməsi zamanı çap olunmuş nümunədən istifadə etmək tövsiyə olunur. Suallardan əvvəl preambula olmalıdır ki, onda yarış, tur, paketin redaktoru(ları) qeyd edilməlidir və həmçinin digər informasiya (məsələn, təşəkkürlər) yerləşdirilə bilər.

Hər sual aşağıdakı hissələrdən ibarətdir:

• sualın nömrəsi;

• sualın müəllifi və ya müəllifləri;

• sualın mətni;

• cavab;

•• aparıcıya göstərişlər;

•• hesaba alma meyarları;

•• şərh;

•• informasiyanın mənbəyi;

•• əlavə materiallar.

İki ulduzla işarə olunan hissələr olmaya da bilər (sualın mənbəyi də daxil olmaqla, lakin əgər, turnirin Reqlamenti apelyasiyanın verilməsini nəzərdə tutursa, apelyasiya verilən bütün sualların mənbəyi məcburi qaydada AJ-yə verilməlidir). Qalan hissələr məcburidir. Hissələr göstərilən ardıcıllıqla olmalıdır. Onun hansı hissə olduğunu başa düşmək üçün hissənin əvvəlində prefiks gəlməlidir, məsələn, “Cavab” və ya “Mənbə”.

Blits sualda sualın mətni özündə preambulanı, mini sualların mətnini, cavab-bütün mini suallara cavabları, şərh-bütün mini suallara şərhi və s. ehtiva edir.

1.2.1.3. Suallara buraxılış

YTK sualları aparıcıya tur başlamamışdan əvvəl çatdırır. Aparıcının tur başlanan ana qədər suallarda tanış olmaq üçün kifayət qədər vaxtı olmalıdır və o bunu etməlidir. Aparıcı sualları vərəqdən və ya kompüter ekranından oxuya bilər. Turun sualları oynanılmayana qədər oyunçuların suallarla tanış olmağı qadağandır. Komanda kapitanlarının turdan sonrakı fasilədə sualların tam mətni ilə tanış olmaq hüququ var. Yarış qurtardıqdan sonra YTK müəyyən müddətə oynanılmış suallara buraxılışa məhdudiyyət qoya bilər. Buraxılış məhdudiyyətləri yarışın iştirakçılarına aid edilə bilməz.

1.2.2. Oyun materialları və ləvazimatları

Turnirdə iştirak edən bütün komandalara normal oyun şərtləri, xüsusilə havanın normal temperaturu, kifayət qədər işıqlandırma dərəcəsi və müzakirə vaxtı yad səs-küyün olmaması təmin edilməlidir. Hər komanda onun oyunçularına sualı müzakirə etməyə imkan verən formada düzülmüş 6 oturacaqla (kreslo və s.) təmin edilməlidir. Hər bir komandaya turdakı sualların sayı qədər cavab kartları paylanmalıdır. Cavab kartında komandanın nömrəsi və sualın nömrəsi üçün yer aydın qeyd olunmalıdır. Əgər bu yerlər doldurulmayıbsa komanda bunu düzgün doldurmalıdır. Həmçinin cavab kartında cavabı yazmaq üçün eni 5 sm və uzunluğu 3 sm olan sahə olmalıdır. Bütün komandalara sualları yaxşı eşitmək üçün şərait yaradılmalıdır. Əgər oyun zalında aparıcıdan 10 metrdən çox olan uzaqlıqda komandalar varsa, sualın oxunması zamanı akustik sistemə qoşulmuş mikrofondan istifadə etmək tövsiyə olunur. Tövsiyə olunur ki, turun gedişi zamanı OJ-nin sərəncamında ən azı Əlavə A-da sadalanan məlumat materialları olsun. Turdan sonrakı fasilədə bütün bu materiallara komanda kapitanlarının buraxılışı olmalıdır.

Fəsil 1.3. Oyunun formatı

1.3.1. Turlara bölünmə

Yarışın başlanmasından əvvəl YTK yarışda turlara bölünmənin necə həyata keçirildiyini göstərən Reqlament dərc etməlidir (ətraflı bax, Əlavə B).

Tur iki hissədən ibarətdir – oyun turu və turdan sonrakı fasilə

Oyun turu aşağıdakı hissələrdən ibarətdir:

• turun başlanğıcı

• sual raundu (turdakı sualların sayı qədər təkrar olunur);

• turun sonu.

Turdan sonrakı fasilədə turun ilkin nəticələrinin hesablanması və səsləndirilməsi, texniki səhvlərin aradan qaldırılması və bəzi başqa hadisələr baş verir.

1.3.2. Oyun turu

1.3.2.1. Turun başlanğıcı

Turun başlanğıcından əvvəl aparıcı aşağıdakı hərəkətləri icra edir:

• mikrofon və akustik sistemi yoxlayır;

• özünü, OJ-nin bütün üzvlərini və YTK-nin üzvlərini təqdim edir (Əgər tur birincidirsə və ya dəyişiklik olubsa);

• oyunçuları vaxt axımı sistemi ilə tanış edir, vaxt axımının bütün siqnallarını icra edir (Əgər tur birincidirsə və ya dəyişiklik olubsa);

• yarışın adını, turun adını və ya nömrəsini, turdakı sualların sayını xatırladır;

• əgər komandalar öz nömrələrini cavab kartlarında əllə doldurublarsa, komandaların nömrələrini elan edir (Əgər birinci turdursa) və bu tur üçün cavab kartlarındakı müvafiq sahənin doldurulması üçün komandalara vaxt verir;

• əgər komandalar öz nömrələrini cavab kartlarında əllə doldururlarsa, sualların nömrələnmə xüsusiyyətlərini izah edir (ardıcıl nömrələnmə, birinci sualdan nömrələnmə və s.) və bu tur üçün cavab kartlarındakı müvafiq sahənin doldurulması üçün komandalara vaxt verir;

• əvvəl səsləndirilmiş nəticələrlə müqayisədə ötən turun ilkin nəticələrində baş vermiş dəyişikliklər haqqında məlumat verir (Əgər birinci turdursa);

• komandaların sekundantlar üzrə təhkim olunmasını elan edə bilər (Əgər tur birincidirsə və ya dəyişiklik olubsa);

• ötən turda baş vermiş qayda pozuntularına dair OJ-nin qərarlarını elan edir (Əgər tur birinci deyilsə);

• komandaların oyuna hazırlığını yoxlayır. Bu Məcəllədə nəzərdə tutulmuş materiallar və ləvazimatlar komanda üçün təmin edilməmişdirsə və ya aparıcını normal eşitmək imkanı yoxdursa komanda oyuna hazır olmaması barədə elan edə bilər. Bu halda iştirak edən YTK üzvləri turun birinci sualı verilənə qədər zəruri materialları və ləvazimatı təmin etməli, normal eşidilmə üçün şərait yaratmalıdırlar.

1.3.2.2. Sual raundu

Sual raundu turun bütün sualları üçün ardıcıl olaraq keçirilir. O 1.4.1. paraqrafında təsvir edilib.

1.3.2.3. Turun sonu

Son sual raundundan sonra aparıcı fasilənin davamiyyətini və növbəti turun başlanma vaxtını qeyd edir və fasilə elan edir (Əgər tur sonuncu deyilsə).

1.3.3. Sual raundu

Bu paraqraf “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarışın turunda bir sual raundunu təsvir edir. Sual raundunun gedişində bir sual və ya bir blits sual oynanılır.

1.3.3.1. Sual raundunda hadisələrin ardıcıllığı

Sual raundu aşağıdakı hissələrdən ibarətdir:

• sual raundunun başlanğıcı;

• sualın oxunması;

• müzakirə dəqiqəsi;

• cavabların yığılması;

• cavabın elan olunması;

• cavabların sayılması.

Blits sual üçün sual raundu bir qədər fərqli keçirilir (bax. 1.3.3.8. bəndinə)

1.3.3.2. Sual raundunun başlanğıcı

Sual raundunun başlanğıcı haqqında siqnal aparıcının növbəti sualın nömrəsini elan etməsi və ya “Diqqət sual” ifadəsidir.

1.3.3.3. Sualın oxunması

Sualın oxunması aparıcı tərəfindən vərəqdən və ya kompüter ekranından həyata keçirilir. Əgər sualın qeyri-tekstual elementləri varsa, sual mətnindəki göstərişlərə riayət etməklə aparıcı bu elementləri ifadə edir və ya onların ifadə olunmasına rəhbərlik edir. Qeyri-tekstual elementlərin ifadəsi zamanı bütün oyunçuların öz yerlərini tərk etmədən onlarla tanış olmaq imkanı olmalıdır. Əgər əksi sual paketinin tərtibatçısı tərəfindən aşkar şəkildə qeyd edilməyibsə, sualı oxuyarkən aparıcı dırnaqları, digər durğu işarələrini və həmçinin ayrı-ayrı hərflərin kapitalizasiyasını xüsusi olaraq fərqləndirməməlidir.

Sual oxunarkən və qeyri-tekstual elementlərin ifadəsi zamanı komandalar özlərini maksimum sakit aparmalıdırlar.

Müzakirə vaxtının başlanması siqnalına qədər əgər lazım bilərsə aparıcı sualın mətnini təkrar edə və ya qeyri-tekstual elementin yenidən ifadə edilməsinə təşəbbüs göstərə bilər. Müzakirə vaxtı başladıqdan sonra belə təkrarlanmalar – həm tam, həm də hissəvi qadağandır.

1.3.3.4. Müzakirə dəqiqəsi

Əksi Reqlamentdə nəzərdə tutulmayıbsa müzakirə dəqiqəsinin başlanmasına siqnal aparıcının “Vaxt” komandasıdır. Müzakirə dəqiqəsi ərzində oyunçulara digər komandalara mane olmaq, öz yerlərini tərk etmək, öz yerlərinə qayıtmaq, məlumat kitabları və başqa növ istənilən nəşrlərdən, həmçinin məlumat kitablarına və nəşrlərə çıxışı təmin edə biləcək texnikadan, istənilən növ rabitə vasitələrindən istifadə etmək, həmin turda iştirak edən komanda yoldaşlarından başqa, istənilən digər şəxslərlə, istənilən vasitələrlə ünsiyyətdə olmaq qadağandır. Xüsusilə aparıcı və sekundantlar ilə ünsiyyət qurmaq qadağandır. Müzakirə dəqiqəsi başladıqdan 50 saniyə sonra “10 saniyə qalıb” siqnal verilir. Müzakirə dəqiqəsi başladıqdan 60 saniyə sonra “müzakirə bitdi” siqnalı verilir. Bununla da müzakirə dəqiqəsi qurtarır.

1.3.3.5. Cavabların yığılması

Cavabların yığılmasının aşağıdakı proseduru tövsiyə olunur. Müzakirə dəqiqəsinin bitdiyini bildirən siqnaldan 10 saniyədən gec olmayaraq cavabların yığılması üçün “xahiş edirəm cavabları yığın” siqnalı verilir. Cavabların yazılması üçün komandalara əlavə 10 saniyə verilməsi və ya verilməməsi yarışın Reqlamentində aydın göstərilməlidir.

“Xahiş edirəm cavabları yığın” siqnalına qədər komandanın kapitanı cavab kartını əli ilə yuxarı qaldırmalıdır. “Xahiş edirəm cavabları yığın” siqnalı ilə sekundant ona təhkim olunmuş komandalardan cavabları yığır və OJ-yə təqdim edir. Cavabları yığarkən sekundant elə hərəkət etməlidir ki, ona təhkim olunmuş və hələ cavab kartlarını təhvil verməmiş komandaları görə bilsin. Sekundant ona cavab kartını təhvil vermək imkanı olmuş komandaya yenidən yaxınlaşmaq hüququna malik deyil. Komanda cavabları yığarkən onların yanından keçən sekundanta cavab kartını təhvil verməyə borcludur. Əgər komanda bunu etmirsə, sekundant OJ-yə qayda pozuntusu haqqında məlumat verir.

Əgər komandanın kapitanı “xahiş edirəm cavabları yığın” siqnalına qədər cavab kartı ilə birlikdə əlini qaldırmasa, “xahiş edirəm cavabları yığın” siqnalından sonra əlini aşağı salarsa, cavab kartı dəyişdirilərsə və ya cavaba hansısa dəyişikliklər olunarsa cavab gecikdirilmiş sayılır. Sekundant bu barədə komandanı xəbərdar edir və OJ-yə məlumat verir ki, cavab gecikdirilib. OJ bu cavabı gecikdirilmiş cavab kimi işarələmək və onu hesaba almamaq hüququna malikdir. Aparıcı və OJ sekundantın iştirakı olmadan cavabın gecikdirilmiş hesab edilməsi barədə qərar qəbul etmək hüququna malikdirlər. Bu halda da OJ cavabı gecikdirilmiş kimi işarələmək və hesaba almamaq hüququna malikdir.

Turdan sonrakı fasilədə OJ komandanın kapitanın xahişi ilə sekundantın qərarını müzakirə edib onu ya doğru ya da ki, yalnış hesab edə bilər. OJ-nin qərarı qətidir.

1.3.3.6. Cavabın elan olunması

Cavablar yığılıb qurtardıqdan sonra aparıcı cavabı səsləndirir. Əgər cavab qeyri-tekstual elementlərlə  müşayiət olunursa aparıcı, cavabın mətnindəki göstərişlərə riayət etməklə elementləri ifadə edir və ya onların ifadə edilməsinə rəhbərlik edir. Aparıcının elan etdiyi düzgün cavab cavabların hesaba alınması zamanı OJ-nın üzərinə heç bir öhdəlik qoymur. OJ aparıcının elan etdiyi cavabdan fərqlənən cavabları düzgün cavab kimi hesaba almaq və aparıcının elan etdiyi cavabı düzgün olmayan cavab kimi hesaba almamaq hüququna malikdir (məsələn, aparıcının səhvi olduqda).

1.3.3.7. Cavabın sayılması

Suala cavabı əks etdirən cavab kartlarını əldə edən OJ onları iki qrupa ayırır: sayılan cavablar və sayılmayan cavablar. Qalan cavabların sayılmasını OJ 2.1.4. paraqrafına əsasən həyata keçirir. Cavabların sayılması zamanı OJ məlumat materiallarından istifadə edə bilər. OJ nəticəni fiksə edir və hər iki növ cavab kartlarını fiksə etmək üçün TK-a ötürür. Cavabın sayılması digər sual zamanı və həmçinin turlararası fasilə zamanı həyata keçirilə bilər.

1.3.3.8. Blits sual

Blits sual preambula və hər birinə müəyyən miqdarda vaxt ayrılan iki və ya daha artıq mini sualdan ibarətdir. Mini suallara ayrılan vaxt cəmi bir dəqiqəyə bərabərdir. Preambulada bu sualın blits sual olması, mini sualların sayı və onların hər biri üçün ayrılan vaxt haqqında məlumat verilməlidir. Blits sual üçün sual raundunun keçirilməsinin iki variantı mövcuddur. Birinci varianta əsasən N mini sualdan ibarət blits sual üçün sual raundu aşağıdakı hissələrdən ibarətdir;

• sual raundunun başlanması;

• preambulanın oxunması;

• I mini sualın oxunması;

• I mini sualın müzakirəsi;

• II mini sualın oxunması;

• II mini sualın müzakirəsi;

………………………………………..

• N mini sualın oxunması;

• N mini sualın müzakirəsi;

• cavabların yığılması;

• cavabların sayılması;

Blits sualın bütün mini suallarına cavablar bir cavab kartına və mini sualların verilmə ardıcıllığına uyğun yazılır.

II varianta görə N mini sualdan ibarət olan blits sualın sual raundu aşağıdakı hissələrdən ibarətdir:

• sual raundunun başlanması;

• preambulanın oxunması;

• I mini sualın oxunması;

• I mini sualın müzakirəsi;

• I mini sualın cavabının yığılması;

• II mini sualın oxunması;

• II mini sualın müzakirəsi;

• II mini sualın cavabının yığılması;

……………………………………

• N mini sualın oxunması;

• N mini sualın müzakirəsi;

• N mini sualın cavabının yığılması;

• Cavabların sayılması.

Blits sualın hər mini sualının cavabı ayrı cavab kartında yazılır.

Sual raundunun başlanması, sualların yığılması və sayılması adi sual üçün müəyyən edilmiş qaydaya əsasən aparılır. Mini sualların oxunuşu adi sualın oxunuşu kimi aparılır, amma əvvəlcə mini sualın nömrəsi ilə başlanır.

Mini sualların müzakirəsi adi sualların müzakirəsi kimi aparılır, lakin cari blits sualda cari mini sual üçün müəyyən edilmiş vaxt ərzində davam edir.

Adi sualda oluğu kimi, mini sualda müzakirəsinin başlanması siqnalı aparıcının “vaxt” komandası və yaxud xüsusi səs siqnalıdır. Blits suallarda “on saniyə qalıb” siqnalı tətbiq edilmir. Mini sualın müzakirəsi üçün ayrılan vaxt başa çatdıqda “Müzakirə bitdi” siqnalı verilir.

1.3.4. Turlar arası fasilə

Turdan sonrakı fasilədə OJ oyun turu ərzində və ya turdan sonrakı fasilə ərzində baş vermiş sekundantlar və ya OJ tərəfindən fiksə edilmiş qayda pozuntularını araşdırır. OJ qaydanı pozmuş komandaya (və ya oyunçusu qaydanı pozmuş komandaya) xəbərdarlıq elan edə, bu komandanın istənilən cavabının sayılmaması barədə qərar qəbul edə və həmçinin komandanın bu yarışdan diskvalifikasiya edilməsi barədə qərar qəbul edə bilər.

Cavabın gecikdirilməsi qayda pozuntusu hesab edilmir və yalnız gecikdirilmiş cavabın sayılmaması ilə nəticələnə bilər. Əgər komanda cavab kartını təhvil etmirsə bu qayda pozuntusudur. Cavab kartının təhvil verilməsi barədə ətraflı bax. 1.4.1. paraqrafına.

1.3.5. Buraxılışın məhdudlaşdırılması

OJ-nin xüsusi icazəsi olmadan istənilən zaman, istənilən oyunçuya qadağandır:

• digər komandaların cavabları yazılmış cavab kartları ilə tanış olmaq;

• öz komandasının cavab kartı sekundanta təhvil verdikdən sonra ona toxunmaq, xüsusi ilə komanda kapitanının OJ ilə ünsiyyətdə olarkən komandasının cavabı olan cavab kartına toxunmaq hüququ yoxdur;

• əgər cədvəl əllə doldurulursa, nəticələr cədvəlinin əslinə toxunmaq;

• nəticələrin hesablanması üçün istifadə olunan kompüterlə işləmək;

• OJ və TK üzvlərinə, oyunçulara digər komandaların cavablarını bildirmək qadağandır. Yarışın Reqlamenti ilə anonimləşdirilmiş cavab kartlarının və yaradıcılıq toplusunun ümumi baxışa çıxarılması nəzərdə tutula bilər.

1.3.6. Nəticələrin hesablanması

Turun ilkin nəticələri OJ tərəfindən hesablanır və aparıcı tərəfindən səsləndirilir. Turun ilkin nəticələri səslənənə qədər oyunçuların OJ-yə müraciəti qadağandır.

Turun ilkin nəticələri səsləndirildikdən sonra komanda kapitanları onun komandasına hansı cavabın sayılmadığını öyrənmək üçün OJ-yə müraciət etmək hüququna malikdir. OJ kapitana bu məlumatları təqdim etməyə borcludur. Belə olan halda OJ 1.3.5. paraqrafında formula edilmiş keçid məhdudiyyəti haqqında müddəaları poza bilməz. Əgər kapitanın fikrincə texniki səhv varsa belə olan halda o, OJ-yə müraciət edə bilər. Bundan sonra OJ ya səhvi düzəltməli, ya da ki, texniki səhvin olmadığını bildirməlidir. Bu qərarı OJ tam tərkibdə qəbul edir. Kapitan həmçinin sualların mətni ilə tanış olmaq hüququna malikdir. Başqa oyunçuların OJ-yə müraciəti qadağandır.

Texniki səhvlərin düzəldilməsinə ayrılan vaxt, bu vaxtın bitməsindən sonra turun nəticələrinin hesablanması qaydası və turun nəticələrini saxlanılması üzrə məsul şəxs Yarış Reqlamenti ilə müəyyən edilir.

Hissə 2. Yarışların hakimliyi

Fəsil 2.1. Cavabların sayılması

2.1.1. Düzgün cavab

Komandanın cavabı aşağıdakı tələblərin ən azı birinə cavab verirsə, o düzgün hesab edilir:

• müəllif cavabı ilə üst-üstə düşür;

• paket tərtibatçısının təyin etdiyi sayılma meyarını ödəyirsə;

• müəllif cavabından yalnız qrammatik cəhətdən fərqlənirsə (durğu işarəsi, hallar, zaman forması);

• müəllif cavabını və ya ona ekvivalent cavabı ehtiva edir, həmçinin, sualın mətninə zidd olmayan və kobud səhv buraxılmamış digər cavab kimi qiymətləndirilə bilməyən əlavə məlumatı özündə birləşdirsin (müəllifin cavabı daha dəqiqdirsə);

• müəllif cavabı qədər dəqiq deyil, o halda ki, müəllif cavabındakı əlavə məlumatın yoxluğu cavabın mənasını dəyişdirmirsə;

• əvvəlki halların heç birinə uyğun gəlməsə də, müəllif cavabından az olmayan dərəcədə sualdakı bütün faktlara uyğun gəlirsə (dual);

• uyğunluq dərəcəsi öz sağlam dərrakəsinə və əgər varsa paket tərtibatçısının göstərişlərinə əsaslanaraq OJ təyin edir.

Blits suala cavab yalnız və yalnız o zaman düzgün sayılır ki, ona daxil olan bütün mini suallara cavablar düzgün sayılsın.

2.1.2. Səhv cavab

Komandanın cavabı aşağıdakı şərtlərdən ən azı birini ödəyirsə səhv sayılır;

• mövcudluğu halında cavabın sualın bütün faktlarına uyğun ola biləcəyi, sual mətninin interpretasiyası mövcud deyilsə;

• komandanın cavabı bir cavabdan çox cavabdan ibarətdirsə və onlardan ən azı biri səhvdirsə;

• komandanın cavabında elə əlavə informasiya var ki, o digər cavab kimi qiymətləndirilə bilər bu cavab səhvdir;

• komandanın cavabında sualda göstərilmiş faktlara zidd gələn və ya kobud səhv buraxılmış, cavabın mahiyyətini dəyişən əlavə informasiya var;

• komandanın cavabı müəllif cavabından qrammatik cəhətdən fərqlənirsə və qrammatik qaydalara riayət sualda aydın şəkildə tələb olunursa və ya belə fərqlilik cavabın mənasını dəyişirsə;

• komandanın cavabı müəllif cavabı ilə müqayisədə daha az dəqiqdir və tələb olunan dəqiqlik sualda aydın şəkildə göstərilib;

• komandanın cavabı sual formasına uyğun gəlmirsə (qrammatik formadan söhbət getmir, bax bənd 2.1.1.)

2.1.3. Sayılma meyarı

Paket tərtibatçılarına sayılma meyarı aydın şəkildə müəyyən etmək və mümkün qədər cavabın tələb olunan dəqiqliyini sual mətnində qeyd etmək tövsiyə olunur.

2.1.4. Cavabların düzgün sayılmasına dair tövsiyələr

OJ 2.1.1. bəndində təsvir edilmiş prinsiplərə əsaslanaraq cavabların düzgünlüyü müəyyən edir. 2.1.1. bəndində təsvir edilmiş hallardan əlavə aşağıdakı hallardan ən azı birini ödəyən cavabın düzgün sayılması tövsiyə edilir:

• müəllif cavabı qədər dəqiq deyil, lakin tələb olunan dəqiqlik paket tərtibatçısı tərəfindən müəyyən edilməyib və müəllif cavabındakı əlavə məlumatın cavabda yoxluğu cavabın mahiyyətini əhəmiyyətli dərəcədə dəyişmir;

• sual və ya sayılma meyarı aydın formada qrammatik cəhətdən düzgün cavabı tələb etmirsə cavabın müxtəlif cür şərh edilməsinə imkan verməyən qrammatik səhvi özündə ehtiva edən, cavab eyni zamanda əgər bu səhvin düzəldilməsindən sonra cavab 2.1.1. bəndinə cavab verirsə.

2.1.5. Cavabda mötərizələrin və digər ayırıcı işarələrin istifadəsi

Mötərizədə (dairəvi, kvadrat, fiqurlu, çəp və ya künc) yazılmış və ya ” %” işarəsi ayırılmış mətn suala bilavasitə aidiyyatı olmayan şərh sayılır və cavabların sayılması və ya sayılmaması üçün əsas rolunda çıxış edə bilməz. Mötərizə və ya “%” işarəsi müəllif cavabının əhəmiyyətli tərkib hissəsi kimi çıxış etdiyi hallar bu qaydada istisna təşkil edir.

Fəsil 2.2. Apelyasiya, onun verilməsi qaydaları

2.2.1. Apelyasiyaların tipləri

Komandalara aşağıdakı iki növ apelyasiyalardan birini və ya hər ikisini verməyə icazə verilə bilər:

• müəllif cavabı ilə üst-üstə düşməyən (tam üst-üstə düşməyən) lakin düzgün olan (apelyasiya verən komandanın fikrinə görə) cavabın sayılması üzrə komandanın tələbi – cavabın sayılması üzrə apelyasiya;

• sualın və müəllif cavabının mətnindəki faktiki səhvlə əlaqədar qeyri-korrekt hesab etdiyi sualın çıxarılması üzrə komandanın tələbi – sualın qeyri-korrektliyi üzrə apelyasiya: Müəllif cavabından əlavə OJ tərəfindən sayılan redaktorun təyin etdiyi sayılma meyarları və cavabları şərhə bərabər tutulurlar və sualın çıxarılması üzrə apelyasiya üçün əsas ola bilməz. Əgər oyun birdən çox oyun zalında keçirilirsə (məsələn, sinxron turnir) qeyri-korrektlik apelyasiyasının xüsusi növü – aparıcının səhvinə apelyasiya tətbiq edilir. Bu növ apelyasiyanın AJ tərəfindən baxılmasının əsası kimi yalnız aparıcının özünün və ya oyun zalında iştirak etmiş və YTK tərəfindən səlahiyyətləndirilmiş digər şəxsin (məsələn, OJ üzvünün) səhv faktını təsdiq etməsi çıxış edə bilər.

Komandaların aparıcının səhvinə işarə edən ərizə və apelyasiyaları belə təsdiq olmadıqda nəzərdən keçirilmir. Aparıcının səhvinə görə sual yalnız və yalnız o halda çıxarıla bilər ki, AJ təsdiq etsin ki, aparıcı sualın istənilən sözünün və ya qeyri-tekstual elementinin mənasını əhəmiyyətli dərəcədə təhrif etmiş olsun və səhv ilə birlikdə oxunmuş sual yarışda iştirak edən komandaların ümumi sayının 2% az olmayan sayda komandaya ünvanlanmış olsun. Əgər oyun zallarından birində AJ tərəfindən səhvlə oxunması tanınmış sualların sayı yarışın ümumi suallarının sayının 10%-dən çoxunu təşkil edərsə, bu oyun zalında yarışan komandaların nəticələri yarışın hesabından çıxarılır və səhv ilə birlikdə oxunmuş suallar ünvanlanmış komandalar komandaların faizi hesablanarkən nəzərə alınmırlar.

Əgər oyun bir oyun zalında aparılırsa aparıcının səhvi halında həm cavabın sayılmasına apelyasiya, həm də qeyri-korrektliyə apelyasiya verilə bilər. Aparıcının səhvi yalnız o halda fiksə edilir ki, səhv faktı aparıcının özü, oyun zalında iştirak etmiş və YTK tərəfindən səlahiyyətləndirilmiş şəxs (məsələn, OJ üzvü) tərəfindən və ya audi yazı ilə təsdiq edilsin. Komandaların aparıcının səhvinə işarə edən ərizə və apelyasiyaları belə təsdiq olmadıqda nəzərdən keçirilmir. Səhvin fiksə edilməsindən sonra AJ apelyasiyanı araşdırarkən sualın ilkin variantının məzmununu deyil, həqiqətdə verilmiş variantı təhlil etməlidir.

Hər tip apelyasiyaların verilməsinə icazə Reqlamentdə aydın şəkildə fiksə edilməlidir. Əks halda apelyasiyalara baxılmır.

Digər növ apelyasiyalar qadağandır.

2.2.2. Apelyasiyaların verilməsi

Oynanılan paketin ayrı-ayrı sualları üzrə apelyasiyaları yalnız cari yarışda ümumi əsaslarla iştirak edən komandalar verə bilər. Apelyasiya edilən hər bir sual üzrə ayrıca apelyasiya verilir. Eyni bir suala bir neçə komandanın müştərək apelyasiyasına baxılmır. Hər bir suala komanda növünü aydın göstərməklə yalnız 1 apelyasiya verə bilər. Bütün apelyasiyalar ancaq yazılı və AJ üçün anonim şəkildə verilir.

2.2.3. Girov

Reqlament apelyasiyanın verilməsinə görə apelyasiya rədd edildikdə geri qaytarılmayan, pul və ya şərti apelyasiya vahidlərində ifadə olunan apelyasiya girovunu nəzərdə tuta bilər. İkinci halda yarışdan əvvəl hər bir komandaya müəyyən sayda şərti apelyasiya vahidi verilir. Əgər apelyasiya verərkən komandanın bu apelyasiyaya görə verilməli olan girovu təmin etməyə kifayət edən miqdarda şərti apelyasiya vahidi yoxdursa komandalar apelyasiya vermək hüququna malik deyil.

Müxtəlif növ apelyasiyalar üçün fərqli böyüklükdə girov tətbiq edilə bilər.

Əksi Reqlamentdə nəzərdə tutulmayıbsa istənilən növ apelyasiyanın təmin edilməsi, girovun tam həcmdə komandaya qaytarılmasına səbəb olur.

Digər növ girov (məsələn, xal girovu) qadağandır.

2.2.4. Müddətlər

Reqlamentdə apelyasiya verilməsi üçün komandalara verilən vaxt və apelyasiyaya baxılması müddəti fiksə edilməlidir. Apelyasiya verilməsinə ayrılan müddət 15 dəqiqədən az olmamalıdır.

2.2.5. Apelyasiyaların baxılma qaydası

Yarışda iştirak edən oyunçuların AJ xüsusi icazəsi olmadan apelyasiyaya baxılmasına iştirak etməsi qadağandır. Eyni bir suala həm qeyri-korrektliyə, həm də duala apelyasiya verilirsə, ilk əvvəl qeyri-korrektliyə verilmiş bütün apelyasiyalara baxılır; əgər onlar təmin olunursa duala apelyasiya araşdırılmır. Əksi Reqlamentdə nəzərdə tutulmayıbsa bu halda bu sualla bağlı komandaların verdiyi bütün növ apelyasiyaları üzrə girovları tam miqdarda qaytarılır. Apelyasiyaya baxarkən AJ apelyasiyada göstərilmiş arqumentlərlə məhdudlaşmağa borclu deyil. Əksi yarışın Reqlamentində aydın şəkildə göstərilməyibsə, AJ öz təşəbbüsü ilə cavabları saymaq və sualları çıxarmaq hüququna malik deyil.

2.2.6. Duala verilmiş apelyasiyaların baxılması

Duala verilmiş apelyasiyalara baxarkən AJ əlavə olaraq Fəsil 2.1-də ifadə edilmiş cavabların sayılma qaydalarını rəhbər tutmaqla yanaşı cari cavabın sualın mahiyyətinə və mətninə uyğunluq dərəcəsini qiymətləndirməlidir. Əgər cari cavab sual mətninə tam uyğun gəlirsə və ya uyğunluq dərəcəsi müəllif cavabından və ya sayılma meyarlarını ödəyən və və ya OJ tərəfindən sayılmış istənilən cavabdan aşağı deyilsə, bu cavab dual cavab kimi sayılır. Duala verilmiş apelyasiyanın təmin edilməsi şərtsiz olaraq bu cavabın apelyasiya vermiş komandaya və apelyasiya verib-verilməməsindən asılı olmayaraq bu cavabı vermiş bütün komandalara sayılması ilə nəticələnir. Bu halda AJ bu suala bütün komandaların cavablarını nəzərdən keçirməli və sayılma barədə apelyasiya verilmiş cavab ekvivalent hesab etdiyi bütün cavabları saymalıdır.

2.2.7. Sualın çıxarılması barədə apelyasiyaya baxılması

Sualın çıxarılması barədə apelyasiyaya baxılarkən Apelyasiya Jürisi aşağıdakı 2 prinsipdən birini rəhbər tutmalıdır:

• sualın (və, və ya müəllif cavabının) mətnində hər hansı faktiki səhv olduqda sual qeyri-korrekt sayılır;

• sualın (və, və ya müəllif cavabının) mətnində mühüm faktiki səhv olduqda sual qeyri-korrekt sayılır.

• Reqlament sualın çıxarılması barədə apelyasiyaya baxarkən AJ bu iki prinsipdən hansı prinsipi rəhbər tutmasını müəyyən etməlidir.

• qeyri-korrektliyə verilmiş apelyasiyanın təmin edilməsi çıxarılmış sualın digəri ilə əvəz edilməsi YTK qərarı ilə Reqlamentdə aydın şəkildə fiksə edilməmişdirsə sualın digəri ilə dəyişdirilmədən qeyri-şərtsiz çıxarılmasına səbəb olur.

Blits sualın mini suallarının birində qeyri-korrektlik aşkar edilən halda mini sual və ya blits sualın özü çıxarıla bilər. Reqlament (əgər o blits sualların verilməsini nəzərdə tutursa) bu iki variantdan hansının tətbiq edildiyini aydın şəkildə müəyyən etməlidir.

2.2.8. AJ-də qərarların qəbul edilməsi

Apelyasiyalar üzrə qərarlar AJ üzvlərinin səs verməsi yolu ilə qəbul edilir. Apelyasiyanın təmin edilməsi şərti qismində səs vermənin aşağıdakı nəticələri çıxış edə bilər (AJ bütün üzvləri arasında, AJ-nin bütün bitərəf qalmayan üzvləri arasında və ya səs vermiş üzvləri arasında)

• sadə səs çoxluğu (“leyhinə” səslərin çoxu “əleyhinə” səslərindən çoxdur)

• mütləq səs çoxluğu (AJ üzvlərinin ümumi sayının 50% artığı “leyhinə” səs verib)

• apelyasiyanın təmin edilməsinə verilmiş, AJ üzvlərinin ümumi sayından müəyyən edilmiş səs payından çox;

• apelyasiyanın təmin edilməsi verilmiş, AJ üzvlərinin ümumi sayından müəyyən edilmiş səs payından az;

• yekdil qərar.

Reqlament hər bir apelyasiya növü üzrə AJ qərar qəbul etməsi üçün bu variantlardan hansının istifadə edilməsini müəyyən etməlidir.

2.2.9. AJ işinin nəticələri

AJ qərar qəbul etdikdən sonra qərarı və onun motivlərini bütün oynayan komandaların nəzərinə çatdırılmalıdır. Verdikti formulə edərkən AJ bütün iştirakçı komandalar, sual müəllifləri və redaktorlarına münasibətdə korrektliyə riayət etməlidir.

Fəsil 2.3. Cərimə sanksiyaları

2.3.1. Cərimə sanksiyalarının növləri

Oyun Jürisinin qərarı ilə Kubokun gedişi ərzində qeyri-korrekt davranışa yol vermiş komandalara və tamaşaçılara qarşı cərimə sanksiyaları tətbiq edilir. Cərimə sanksiyası dedikdə yarış iştirakçılarına və tamaşaçılara qarşı tətbiq olunan aşağıdakı cərimələr başa düşülür:

• qeyd;

• xəbərdarlıq;

• xal silinməsi;

• turun sonunadək zaldan çıxarılma;

• yarışda iştirak hüququndan məhrum edilmə və göstərdiyi nəticənin ləğv edilməsi;

• növbəti yarışlarda iştirak hüququndan məhrum edilmə.

2.3.2. Cərimə sanksiyasının tətbiqinə səbəb olan hallar

Yarışın keçirilməsi ərzində iştirakçılar, tamaşaçılar və ya sekundantlara qarşı aşağıdakı hallarda cərimə sanksiyası tətbiq oluna bilər:

• birlikdə və ya ayrılıqda aparıcını, sekundantları, Oyun Jürisinin, Apelyasiya Jürisinin, Texniki Komissiyanın, Kubokun Təşkilat Komitəsinin üzvlərini təhqir edən hərəkətlər və ya ifadələr;

• birlikdə və ya ayrılıqda Kubokun oyunlarının keçirilməsi üzrə fəaliyyət göstərən aparıcının, sekundantların, Oyun Jürisinin, Apelyasiya Jürisinin, Texniki Komissiyanın, Kubokun Təşkilat Komitəsinin fəaliyyətinə mane olan hərəkətlər;

• aparıcının, sekundantların, Oyun Jürisinin, Apelyasiya Jürisinin, Texniki Komissiyanın, Kubokun Təşkilat Komitəsinin üzvlərinin Kubokun oyunlarının keçirilməsi ilə əlaqədar olan tələblərinin yerinə yetirilməməsi;

• komandanın və ya onun oyunçusunun təhqiri;

• komandanın və ya onun oyunçusuna kömək göstərmək;

• aparıcı sualı oxuyarkən səs salmaq.

2.3.3. Cərimə sanksiyasının qəbulu

Cərimə sanksiyasının tətbiqi (tətbiq edilməməsi) haqqında qərar tur bitdikdən sonra 10 dəqiqədən gec olmayaraq qəbul edilir. Bu qərarı qəbul edən orqan təqsirkar tərəfin izahatını almalıdır.

Hissə 3. NHN üzrə yarışların təşkili

Fəsil 3.1. Yüksək səviyyəli yarışların keçirilməsi üzrə tövsiyələr

Yüksək səviyyəli yarışlar keçirilərkən tövsiyə olunur;

• akustik sistemdən istifadə edilməsi;

• hər bir komanda oynamaq üçün yerlə təchiz olunsun;

• ayrı-ayrı komandaların hər hansı 2 oyunçusu arasında 0.5 metrdən az olmamaq şərti ilə məsafə təmin edilsin;

• komandaların kapitanları fərqləndirici əlamətlərlə (nişanlarla, sarğılarla, futbolkayla və s.) təchiz edilsinlər;

• nəticələrin hesablanması üçün kompüterdən istifadə edilsin;

• aparıcı avtomatik vaxt sayımı qurğusu (misal üçün, müvafiq proqram təchizatlı kompüterlə) ilə təchiz edilsin;

• Əlavə A-da nəzərdə tutulan sorğu üçün materiallara əlavə olaraq internetə çıxış təmin olunsun. Bu zaman komandaların kapitanlarına müvafiq olaraq apelyasiya vermə müddətlərini uzatmaqla oyun gününün sonunda və ya turlararası uzunmüddətli fasilə zamanı internetdə axtarış imkanı təmin edilməsi tövsiyə olunur;

• komandalara artıq üzərində komandanın və sualın nömrəsi həkk olunmuş cavab kartları təqdim edilsin;

• hər biri ən çoxu 5 komandaya xidmət edəcək sekundant sayı təmin edilsin;

• oyun turu bitdikdən sonra hər bir komanda həmin tur suallarının nüsxəsi ilə təmin edilsin.

Bu tövsiyələr məcburi deyil.

Fəsil 3.2. Yarış Reqlamenti və onun tərtib edilməsi üzrə tövsiyələr

Yarış Reqlamenti yarışın keçirilməsinin qayda-qanununu dəqiqləşdirir. Yarışların Reqlamenti bu Məcəllədə nəzərdə tutulmuş qaydalara zidd ola bilməz (lakin tövsiyələrə zidd gələ bilər).

Yarış Reqlamenti onun başlamasından öncə tərtib edilir və yarışların gedişi zamanı dəyişdirilə bilməz. Reqlamentin əvvəlcədən yarışlarda iştirak etmək istəyən bütün komandaların nəzərinə çatdırılması zəruridir.

Yarışların gedişi zamanı Reqlament komanda kapitanlarının sorğusu əsasında turlararası fasilə zamanı onlara təqdim olunmalıdır.

Yarış Reqlamenti borcludur:

• yarışın adı və statusu, komandaların yarışa buraxılması qaydaları haqqında məlumatı özündə birləşdirməlidir.

• yarışların formatını – hər bir oyun turunda sualların sayı və hər bir oyun turuna buraxılışın şərtləri də daxil olmaqla bütün turların və mərhələlərin dəqiq və tam təsvirini özündə birləşdirməlidir.

• hər bir turun və bütövlükdə yarışların nəticələrinin müəyyən edilməsi sistemlərinin tam təsvirini özündə birləşdirməlidir;

• bu Məcəlləyə görə Reqlamentdə ehtiva edilməli olan məlumatları özündə birləşdirməlidir – bax, 1.1.3, 1.1.5, 1.1.7, 1.3.1, 1.3.4, 1.4.1, 2.1.1, 2.2.1, 2.2.3, 2.2.4, 2.3.1, 2.3.6, 2.3.7. paraqraflarına.

Fəsil 3.3. Yarışlarda yerlərin bölüşdürülməsi sistemləri

Fəsil 3.3.1. Yerlərin bölüşdürülmə sistemləri

Yarışlar birdəfəlik və mütəmadi yarışlara bölünür. Keçirilməsi zamanı oyun günləri (yəni turlar keçirilən günlər) arasında uzunmüddətli fasilələr yoxdursa yarış birdəfəlik hesab edilir- əks halda o mütəmadi hesab edilir. Bundan asılı olmayaraq yarışlar həm də bir və çox mərhələli yarışlara bölünür. Əgər turnirin keçirilməsi zamanı müəyyən mərhələlərdən (ardıcıl gələn bir və ya bir neçə turlardan) sonra onun sonrakı gedişinə təsir göstərən ara nəticələr hesablanırsa yarış çox mərhələli hesab edilir. Əksər yarış sxemlərində Yerlərin Bölgüsü Sistemi (YBS) iki ünsürdən ibarətdir: Ayrıca Turda Yerlərin Bölgüsü Sistemi (ATYBS) və Turların Nəticələrinə görə Nəticələrin Hesablanması sistemi (TNNHS). Əgər yarış bir turdan ibarətdirsə YBS yalnız ATYBS-lə şərtlənir.

Hər bir ATYBS OJ və AJ fəaliyyətinin nəticələrinə görə xeyrinə daha çox cavab sayılmış komandanın daha yüksək yer tutmasına əsaslanmalıdır. Bu qaydanı ödəməyən ATYBS yol verilmir.

Bu zaman xeyrinə eyni sayda cavab sayılmış 2 və ya daha artıq komanda Əlavə Göstəricilərin (ƏLG) köməyi ilə müvafiq yerlər üzrə bölüşdürülürlər. ATYBS ƏLG üçün yeganə geniş yayılmış növü reytinqdir. Reytinqin təsviri B.2.3. paraqrafında verilmişdir. Lakin reytinqdən istifadə deyil, belə hallarda komandaların müvafiq yerləri bölüşdürülməsi daha məqsədə uyğundur.

Ümumi qəbul edilmiş TNNHS iki tipə bölünür: Birinci növ TNNHS nəticələri müəyyən edərkən yarışın turlara bölünməsini hesaba alır, ikinci növ TNNHS isə xeyir. Birinci halda TNNHS aşağıdakı tələbə cavab verməlidir: Əgər A komandası bütün turlarda B komandasından zəif oynamamışdırsa, o, B komandasından aşağı olmayan yer tutmalıdır. İkinci halda TNNHS-ə, ATYBS-ə irəli sürülən tələblər irəli sürülür (OJ və AJ fəaliyyətinin yekunlarına görə xeyrinə daha çox cavab sayılmış komanda daha yüksək yer tutur). Birinci növ TNNHS ƏLG və, və ya əsas göstərici (ƏSG) hər bir ayrı turda komandaya sayılmış cavabların sayına və ya komandaların turlarda tutduğu yerlərə və həmçinin turların statistik xarakteristikalarına əsaslana bilər.

Hər bir hamılıqla qəbul edilmiş TNNHS konkret turnir sxeminə uyğun olmur. Konkret turnir sxemləri üçün TNNHS-in seçilməsi üzrə tövsiyələr aşağıda sadalanıb. Əsas meyar üzrə iki və ya daha çox komandanın göstəriciləri bərabər olarsa TNNHS bu komandaların ƏLG üzrə yerləşdirilməsini nəzərdə tuta bilər. ƏLG-nin hamılıqla qəbul edilmiş siyahısı bunlardır:

• komandanın bütün turlarda tutduğu yerlər (ƏSG deyilsə);

• komandanın məcmu reytinqi;

• komandanın bundan öncəki mərhələdə tutduğu yer (çoxmərhələli sxem üçün);

• komandanın götürdüyü əlavə sualların sayı (atışma);

• komandanın əvvəlcədən müəyyənləşdirilmiş suallar çoxluğunda gösdərdiyi nəticə (misal üçün, bir sıra turlarda);

• komandanın götürdüyü sualların sayı (ƏSG deyilsə);

• komandanın müvafiq turda götürdüyü sualların sayının, burada komandalar içərisində maksimum nəticədən bütün turlar üzrə orta faizi.

ƏLG-dən heç də hər biri həm konkret turnir sxemi, həm də konkret ƏSG ilə uyğun olmur. Konkret yarış sxemləri üçün ƏLG və ƏSG seçilməsi üzrə tövsiyələr aşağıda göstərilib.

Bununla yanaşı mümkün olduqca onlarsız keçinmək və bu cür hallarda müvafiq komandalar tərəfindən tutduqları yerlərin bölüşdürülməsinin təsbit edilməsi tövsiyə edilir. Birdən artıq ƏLG-dən istifadə edilməsi tövsiyə olunmur.

3.3.2. Əsas və əlavə göstəricilər

3.3.2.1. Sualların reytinqi

Sualların reytinqi onun çətinlik səviyyəsinin qiymətləndirilməsidir. O, bu formulla hesablanır:

R=N+1, burada N-verilən suala cavab verə bilməyən iştirakçı komandaların sayıdır. Komandanın reytinqi turnirin hesablanan distansiyasında tapdığı sualların reytinqinin cəmidir. ƏSG bərabərliyi zamanı reytinqi çox olan komanda yuxarı yeri tutur.

3.3.2.2. Turlardakı yerlərin cəmi

Turlarda komandaların tutduğu yeri müəyyən etmək üçün istənilən ATYBS istifadə edilə bilər. Əgər komanda turu ötürübsə yerlərin məbləğinin müəyyən edilməsində onun buraxdığı tur aşağıdakı üsullardan birinin köməyi ilə hesablana bilər:

• bu komanda üçün yerlərin məbləği buraxdığı tur nəzərə alınmadan sayılır (buraxılan tur yerlərin məbləğinə heç nə əlavə etmir);

• hesab edilir ki, komanda turun heç bir sualına cavab tapmayıb; Bunu nəzərə almaqla komandanın turdakı yerini ATYBS-la müəyyənləşdirilir (turda heç bir xal da yığmayan komandalarla sonuncu yerləri bölüşdürməsi mümkündür);

• turu buraxan komandalar heç bir xal yığmayan komandalara daxil olmaqla turda iştirak edən bütün komandalardan sonra sonuncu yerləri bölüşdürürlər.

Yerlərin məbləğinin müəyyən edilməsində bu üsullardan hansından istifadə olunması haqqında məlumat Reqlamentdə öz əksini tapmalıdır. Əgər turlar iştirakçı komandalar tərəfindən hazırlanırsa, növbətçi komandanın buraxdığı tur üçün tətbiq olunan üsul növbətçi olmayan tur buraxmış komandaya tətbiq olunan üsuldan fərqlənə bilər. Əgər yerlərin məbləği əsas göstəricidirsə, yuxarıda göstərilən I üsul buraxdığı turu hazırlamayan komanda üçün tətbiq oluna bilməz.

Yerlərin məbləğini ƏSG və ya ƏLG kimi istifadə olunduqda məbləği az olan komanda üstünlük qazanır. İştirakçı komandalar müxtəlif sayda turlar hazırladıqda yerlərin məbləğindən istifadə etmək tövsiyə edilmir.

Fəsil 3.3.3. Konkret turnir sxemləri üçün TNNHS-in seçilməsi üzrə tövsiyələr

3.3.3.1. Birdəfəlik turnirlər

Tövsiyə olunan ƏSG bütün turlar üzrə sualların sayıdır. ƏLG kimi “atışma”, yerlərin cəmi və ya reytinq istifadə edilə bilər. Turnir çox mərhələli olduqda birinci mərhələdən başqa bütün mərhələlərdə ƏLG kimi əvvəlki mərhələdəki yer çıxış edə bilər. Burada mümkün ƏSG kimi komandaların turlardakı yerlərinin cəmi götürülə bilər. Bu halda ƏLG kimi “atışma”, sualların cəmi, turlarda götürülmüş maksimal sual sayına orta faiz, çoxmərhələli yarış olduqda isə həm də əvvəlki mərhələdəki yerdən istifadə edilə bilər.

3.3.3.2. Mütəmadi turnirlər

Mütəmadi turnirlər 3 kateqoriyaya bölünür:

• turları bütövlükdə xarici paketlər üzərində qurulur;

• turların bütün iştirakçı komandalar hazırlanır;

• turları bütün iştirakçı komandalar hazırlamır;

Komandaların tutduqları yerlərin uçotuna əsaslanan ƏLG tövsiyə edilir. Sualların cəmi ƏLG kimi yalnız xarici paketlər üzərində qurulan mütəmadi turnirlər üçün yol verilir.

Mütəmadi Yarışların Reqlamentində komandanın göstərdiyi nəticənin onun hazırlandığı sualların keyfiyyətindən asılı olması nəzərdə tutula bilməz.

3.3.3.3. Xarici paketlərlə yarışların keçirilməsi sxemi

Bu sxem birdəfəlik turnirin sxemi ilə oxşar olduğundan TNNHS-in seçilməsi üzrə tövsiyələr burada təqribən eynidir. ƏSG kimi yerlərin cəminin seçilməsi daha çox tövsiyə edilir.

3.3.3.4. Turların bütün iştirakçı komandalar tərəfindən hazırlanması ilə sxem

Burada tövsiyə edilən TNNHS 1991-2002-ci illər mövsümündə “Formula 1” yarışlarında istifadə olunan xal hesablanması sistemidir. Komandalara xallar aşağıdakı formula əsasında sayılır.

I turda I yer – 10 xal

II – 6

III – 4

IV – 3

V – 2

VI – 1

Sonra – 0

*****************************************

Komandalar tərəfindən tutduğu yerlərin bölüşdürülməsi zamanı hər komandaya müvafiq yerlərin tutulmasına görə verilən xalların orta riyazi xalı verilir. Bu formulun həm sayılma zonasının genişləndirilməsi (xüsusilə 20 və daha artıq komanda olduqda) həm də toplanan xalların konkret mənasının dəyişdirilməsi kimi variasiyaları mümkündür. Belə olduqda cədvəldə yuxarı hərəkət etdikcə qonşu yerləri üçün hesablanan xalların fərqinin azalmaması tələbi mütləqdir. Bu TNNHS üçün ümumqəbuledilmiş ƏLG turlar üzrə yerlərin cəmidir. Verilən sxem üçün həm də “mikro oyunlar” sistemi mümkün TNNHS sayılır.

3.3.3.5. Turların bütün iştirakçı komandalar tərəfindən hesablanmaması ilə sxem

Burada yeganə tövsiyə olunan TNNHS “mikro oyunlar” sistemidir. Bu TNNHS üçün ümumqəbuledilmiş ƏLG turlarda maksimal sayda tapılan sualların faizidir.

“Mikro oyunlar” sisteminin mahiyyəti ondan ibarətdir ki, hər komandalar cütlüyü üçün biri digərini məğlub etdiyi turların sayı hesablanır. Beləliklə, 2 komanda arasında “mikro oyunun” nəticəsi müəyyən olunur. Məs: Əgər A komandası B komandasını 5 turda məğlub edibsə (B komandasından daha yaxşı nəticə göstəribsə), B komandası isə A komandasının 4 turda məğlub edibsə, digər turlarda isə onlar eyni nəticə göstəriblərsə, A və B komandaları arasındakı “mikro oyunda” A komandası qalib gəlir. Əgər yarışda N komanda iştirak edirsə, onların hər biri üçün N-1 “mikro oyun” nəzərdən keçirilir. Komanda hər “mikro oyunda” qalibiyyət üçün 2 xal, heç-heçə üçün 1 xal, məğlubiyyət üçün 0 xal alır. Bu xalların məbləği “mikro oyunlar” sistemi üzrə yerlərin bölüşdürülməsində əsas göstərici sayılır.

Əlavələr.

Əlavə A. Tövsiyə edilən sorğu ədəbiyyatı

• ən çoxu 5 il əvvəl çap olunmuş Böyük Ensiklopedik Lüğət və ya CD-də Mefodi Ensiklopediyası və ondan istifadə edilməsi üçün kompüter

• ən çoxu 10 il əvvəl çap edilmiş Ojeqov və Şvedovanın izahlı lüğəti və yaxud həmin lüğət CD-də Kiril və Mifodi Ensiklopediyasının tərkibi kimi və lüğətlə işləməyə imkan verən kompüter;

• ən azı 30000 sözdən ibarət olan və ən geci 10 il əvvəl çap olunmuş ingilis-rus, rus-ingilis, fransız-rus, alman-rus, rus-alman lüğətləri. Lüğətlər kitab şəklində olmalıdır, elektron lüğətlərdən yalnız əlavə bilgi mənbəyi kimi istifadə edə bilər.

• bu Məcəllə və yarışların Reqlamenti.

Əlavə B. AJ işləmə qaydası nümunəsi

Qeyd: Bu nümunə AJ-nin işinin bəzi aspektlərini göstərir ki, onlar Reqlamentdə əks olunur və ancaq bu məqsədlər üçün nəzərdə tutulur.

AJ öz qərarını səs vermə ilə qəbul edir. Səs vermə zamanı AJ-nin hər üzvü apelyasiyanın təmin edilməsinin ya lehinə, ya əleyhinə səs verə və ya bitərəf qala bilər. Bu və ya digər səbəbdən səsvermədə iştirak etməmiş AJ üzvünün səsi avtomatik “bitərəf” kimi qəbul olunur. Cavabın qəbul olunmasına verilən apelyasiya onun lehinə verilən səslərin sayı, əleyhinə verilən səslərin sayından çox olduqda təmin edilir. Əks halda apelyasiya rədd edilir. Sualın çıxarılmasına verilən apelyasiya onun əleyhinə olan səslər sıfıra bərabər, onun lehinə olan səslər isə sıfırdan çox olduqda təmin olunur. Əks halda apelyasiya təmin olunmur.

Komandanın cavabı ilə cavabın ekvivalentliyi müəyyən edilərkən analoji qaydalar tətbiq edilir. AJ-nin hər bir üzvü cavabın ekvivalent sayılmasının lehinə, cavabın ekvivalent sayılmasının əleyhinə səs verə və bitərəf qala bilər. Bu və ya digər səbəbdən səs vermədə iştirak etməmiş AJ üzvünün səsi avtomatik “bitərəf” kimi qəbul olunur. Cavab o halda ekvivalent sayılır ki, onun ekvivalent sayılmasının lehinə verilmiş səslərin sayı onun ekvivalent sayılmasının əleyhinə verilmiş səslərin sayından çox olsun. Əks halda cavab ekvivalent sayıla bilməz. Səsvermə hər bir cavab üçün ayrılıqda keçirilir.

Əlavə C. Oyun etikası

Oyunun bütün iştirakçıları – oyunçular, aparıcı, sekundantlar, müxtəlif jürilərin üzvləri, sualların müəllifləri, paketi tərtib edənlər-özündə təkcə qaydalara riayət etməyi ehtiva etməyən ümumi qəbul olunmuş etik normalara riayət etməlidir. Bu anlayışa oyunun bütün iştirakçılarına və tamaşaçılarına dostcasına münasibət və qarşılıqlı hörmət və dostcasına oyun atmosferinin yaradılmasına can atmaq daxildir. Aşağıda oyunun bütün iştirakçıları üçün riayət olunması məcburi olan bəzi etik normaları göstərilmişdir. Onların pozulması halları öz işində “Nə? Harada? Nə zaman?” KBA-nın İdarə Heyəti tərəfindən təsdiq olunmuş Əsasnaməni və bu Məcəlləni rəhbər tutan “Nə? Harada? Nə zaman?” KBA-nın Etika Komissiyası (EK) tərəfindən araşdırılacaq.

• yarışların keçirilməsi zamanı, xüsusilə tamaşaçıların iştirakı ilə, komandanın üzvləri öz əxlaqı və xarici görünüşü ilə NHN-nin oyunçularının intellektual elita olması haqqında formalaşan təəssüratları hər cür dəstəkləməlidir. Səliqəsiz paltarda və ayaqqabıda, xüsusi ilə spirtli içki və narkotiklərin təsiri altında oyuna gəlmək yol verilməzdir. Komandalar yarışda komanda formasında iştirak etməyə hər cür çalışmalıdırlar;

• yarışların keçirilməsi zamanı, xüsusilə oyunların açılış və başlanış mərasimləri zamanı oyunlar keçirilən ölkə, respublika, yaşayış məntəqəsinin rəsmi simvollarına (himn, bayraq, gerb) istisna olmadan bütün oyunçular hörmət göstərməlidirlər.

• bu yarışma üçün seçilmiş sualların müəllifi (və ya yarışmanın müəyyən hissəsi üçün) yarışda iştirak etməməli (və ya onun uyğun hissəsində) eyni zamanda bu sualların mahiyyətini yarışda iştirak etmək istəyən komandaların oyunçuları arasında yaymamalıdır. Bütün bunlar suallar paketini tərtib edənə, beta-testerlərə, həm də bu və digər yolla suallarla tanışlığı olan bütün digər insanlara aiddir.

Əgər aşkarlanma (işıqlandırma) müəllifin və ya suallar paketini tərtib edən insandan asılı olmayan səbəbdən olmuşsa, onlar “işıqlandırılmış” sualların turnirdə səslənməməsi üçün əllərindən gələni etməlidirlər.

• komanda nəticələr cədvəlində öz xeyrinə səhv aşkar etdikdə bu haqda OJ-yə maksimal olaraq tez xəbər verməyə borcludur.

• AJ-nin üzvləri apelyasiyalara baxarkən, apelyasiyanın təmin və ya imtina edilməsi hansı komandalara sərfəli, hansılara isə ziyan olması haqqında mülahizələri rəhbər tutmamalıdır.

• oyun qurtardıqdan sonra komanda öz oyun yerini maksimal dərəcədə təmiz qoymalıdır.

Oyunun bütün iştirakçılarının vəzifələri:

• Şifahi və yazılı formada, həmçinin müxtəlif forum və internet informasiya səhifələrində öz həmkarları üçün təhqiredici kütləvi ifadələrdən qaçmalıdır;

• başqa oyunçuları qeyri düzgün oyuna görə sübutsuz ittihamlar etməkdən çəkinməlidirlər;

• yarışın başqa oyunçuları və ya iştirakçılarına münasibətdə onları qaydaları və ya etik normaları pozmağa sövq edən hərəkətlərə yol verməməlidir;

• mehmanxana, yataqxana, lager və s. yerlərdə qalma zamanı bu yerlərdə qoyulmuş yaşayış qaydalarına riayət etməli və qonşuluqda yaşayanların tam istirahət etməyə şərait yaratmağa çalışmalıdırlar;

Yarışda baş vermiş oyun etikasının pozulması haqqında EK-yə müraciət həm YTK, həm də yarışın istənilən oyunçusu və ya tamaşaçısı tərəfindən oluna bilər. Digər qanun pozuntuları haqqında EK-yə müraciəti qayda pozuntusunun istənilən şahidi edə bilər.