Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

Haqqımızda

Klubun əsası 2001-ci il aprelin 14-də Bakı Dövlət Universitetinin bir qrup tələbəsi tərəfindən həyata keçirilən Azərbaycan dilində ilk Nə? Harada? Nə zaman? oyunu ilə qoyulmuşdur və həmin tarixdən bu günədək qısa yay fasilələri istisna olmaqla Klub fasiləsiz olaraq fəaliyyət göstərir. Klub 2007-ci ilin fevralında ictimai birlik kimi dövlət qeydiyyatından keçmişdir.

Xəzər klubu 4 əsas növdə intellektual oyunlar keçirir (Nə? harada? nə zaman?, breyn-rinq, erudit-kvartet və fərdi oyun). Ənənəyə görə klubda oyunlar həftədə bir dəfə istirahət günlərinin birində keçirilir. Bundan əlavə ildə bir neçə dəfə intellektual çoxnövçülük üzrə turnirlər və yarışlar təşkil olunur. Klubda iştirak üçün yaş və s. məhdudiyyəti qoyulmur.

2007-ci ilin sonlarınadək fəaliyyətini Bakı Dövlət Universitetində həyata keçirən Xəzər İntellektual Klubu, sonradan qısa müddətə Azərbaycan Dillər Universitetinə keçmiş, hazırda isə Bakı Slavyan Universitetində fəaliyyət göstərir.