24th April 2010 tarixində admin tərəfindən yazılıb. Mövzu: Elanlar | Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
Bu gün “Xəzər İntellektual Gənclər Klubu”, “İrəli” İctimai Birliyi və Binəqədi Bələdiyyəsi Gənclər Komissiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Mənim Klubum” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? oyunu üzrə “Yaz Kuboku”nun Seçim turunu təşkil etdi.
Seçim turu Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində sinxron şəkildə keçirilmişdir. Seçim turunun iştirakçıları finala vəsiqə verən ilk 15 yer uğrunda mübarizə apardılar.
Bakı və Sumqayıtdan olan 64 komandanın iştirakı ilə keçən oyunda Cihad komandasının sualları səsləndi. Ən yaxşı nəticə göstərərək turnirə vəsiqə qazanan komandaların siyahısı, habelə ümumi nəticələrlə forumumuzun müvafiq bölməsində tanış ola bilərsiniz.
Final 2010-cu il 16 may tarixində “Ambassador” otelinin zalında keçiriləcəkdir.
Təşkilat Komitəsi
24th January 2010 tarixində admin tərəfindən yazılıb. Mövzu: Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
“İrəli” İctimai Birliyi və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə layihəsi olan və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstək verdiyi Nə? Harada? Nə zaman? oyunu üzrə “Qış Kuboku”nun Seçim Turu bu gün keçirildi.
Bakı və Sumqayıtdan olan 55 komandanın iştirakı ilə keçən oyunda Sakit komandasının 25 sualı səsləndi və ən yaxşı nəticə göstərən 12 komanda turnirə vəsiqə qazandı. Nəticələr forumun müvafiq bölməsində yerləşdirilmişdir.
Turnirdə ümumilikdə 30 komandanın iştirakı nəzərdə tutulub ki, onun 18-i Bakı və Sumqayıtda fəaliyyət göstərən aparıcı intellektual klublardan dəvət olunmuş komandalardır.
Təşkilat Komitəsi
15th November 2009 tarixində admin tərəfindən yazılıb. Mövzu: Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
Bu gün, 15 noyabr 2009-cu il tarixində Park INN hotelinin Dan Ulduzu zalında 30 komandanın iştirakı ilə Payız Kuboku turnirinin Final mərhələsi keçirildi. 36 suallıq turnir distansiyasının qalibi 27 suala düzgün cavab verən Azərbaycan Dövlət Neft Akademiyasının təmsilçisi “Maqnat” komandası oldu. 2-ci və 3-cü yerləri müvafiq olaraq Sumqayıtdan “SumReturn” və Bakı Dövlət Universitetindən “İstiqlal” komandaları tutdular.
Turnirin nəticələri Forumun müvafiq bölməsində yerləşdirilmişdir.
Təşkilat Komitəsi
31st October 2009 tarixində admin tərəfindən yazılıb. Mövzu: Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
Payiz Kubokunun 31 oktyabr 2009-cu il tarixində keçirilmiş Seçim Turunun nəticələri saytın Forum bölməsində yerləşdirilmişdir.
Təşkilat Komitəsi
28th October 2009 tarixində admin tərəfindən yazılıb. Mövzu: Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
Payız Kubokunun Seçim turunun keçiriləcəyi universitetlər və onlarda hansı ali məktəblərin iştirak edəcəyi Forumda müvafiq mövzuya əlavə edilmişdir.
Təşkilat Komitəsi
15th October 2009 tarixində admin tərəfindən yazılıb. Mövzu: Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq “İrəli” İctimai Birliyi və “Xəzər İntellektual Gənclər Klubu“ Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə 1 Oktyabr 2009-cu il tarixindən etibarən Bakı şəhərinin ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Payız Kuboku” layihəsinə start verir.
Turnirin məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, elmi biliklərini genişləndirmək, komanda işini təbliğ etməkdir. Turnirin seçim turu 31 Oktyabr 2009-cu il, iştirakçılar üçün son qeydiyyat tarixi isə 21 Oktyabr 2009-cu il olaraq müəyyənləşdirilmişdir. Yarışlarda iştirak etmək istəyən gənclər təhsil aldıqları ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarına müraciət edə bilərlər.
Təşkilat Komitəsi
19th November 2007 tarixində admin tərəfindən yazılıb. Mövzu: Klubun siyasəti | Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
23 dekabr 2007-ci il tarixində “Trend” İnformasiya Agentliyi və “Xəzər” İntellektual Klubu hər iki təşkilat arasında məhsuldar əməkdaşlığın növbəti nəticəsi olan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Trend” kuboku turniri keçirəcəkdir.
Dekabrın 1 və 8-də turnirdə iştirak etmək arzusunda olan ali məktəblərin komandaları və sair komandalar arasında seçim turları keçiriləcəkdir. Seçim turlarında ən yaxşı nəticələri göstərən komandalar turnirin final mərhələsinə vəsiqə qazanacaqlar.
Turnirdə iştirak etmək istəyən komandalar noyabrın 27-dək “Xəzər” İntellektual Klubunun prezidenti cənab Seymur Teymurovla əlaqə saxlamaqla və ya Fuad Eminova feminov@list.ru mail ünvanına yazmaqla seçim turunda öz iştiraklarını təsdiqləməlidirlər.
2nd April 2007 tarixində admin tərəfindən yazılıb. Mövzu: Nə? Harada? Nə zaman? | Turnir və yarışlar
| İNTELLEKTUAL ÇOXNÖVÇÜLÜK üzrə NOVRUZ kuboku baş tutdu Tarix: 03/04/2007 |
|
|
31 mart – 1 aprel 2007-ci ildə “Xəzər” İntellektual Klubu və Azərbaycan Dillər Universitetinin təşkilatçılığı altında “2007-ci il Gənclər İlidir” devizi altında İntellektual Çoxnövçülük üzrə “Novruz Kuboku” keçirildi. İntellektual Çoxnövçülüyə “Fərdi Oyun”, “Erudit Kvartet” və “Nə? Harada? Nə zaman?” intellektual yarışmaları daxil idi. Kubok “Fərdi Oyun” yarışması ilə başlandı. Oyunçuların fərdi intellekt göstəricilərinin əsas rol oynadığı yarışmada Tural Dadaşov qalib gəldi. İntellekt cəngavərlərinin beyinləri “soyumamış” “Erudit Kvartet” komanda yarışmasına start verildi. Bu turnirdə “Dumanlı Təbriz” komandası hamıdan güclü oldu.
Ailəvi İstirahət Mərkəzində keçirilən “Nə? Harada? Nə zaman?” turniri isə aprelin 1-nə təsadüf etdi. “Nə? Harada? Nə zaman?” turnirində 37 komanda iştirak edirdi, iştirakçıların sayı isə 200-dən çox idi. “Gülüş günü” bir yerə toplanmış bilicilər gülməkdən çox, düşünməyə üstünlük verdilər. “Bölgələrin intellektual hərəkata cəlb olunması” layihəsi yönündə atılan növbəti addım ölkənin düşünən beyinlərinin paytaxtda cəmlənməsinə səbəb oldu. Turnirdə nəinki Bakını təmsil edən komandalar, həmçinin Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin kollektivləri də çıxış edirdi. Əvvəlcədən gözlənildiyi kimi Kubokun favoritləri “Dumanlı Təbriz”, “Diplomat”, “Veni Vidi Vici”, “Sprut”, “Karvan”, “Turan” və “Triumf”çox yüksək peşəkarlıq səviyyəsi göstərdilər.
“Nə? Harada? Nə zaman?” turniri çox gərgin mübarizə ilə yadda qaldı. Suallar səsləndikcə, oyun marafonu sona yaxınlaşdıqca komandaların bir-biriləri ilə necə rəqabət apardığının şahidi olmaq olurdu. Nəticədə, bilicilərə təqdim olunan 36 sual sonunda yalnız III yerin sahibi bəlli oldu. Bu Fərrux Hüseynovun kapitanı olduğu “Triumf” idi. “Diplomat” və “Dumanlı Təbriz” komandalarının isə xalları bərabər olduğundan əlavə suallara ehtiyyac duyuldu. Rüfət Abdullanın katipanı olduğu “Dumanlı Təbriz” bu nəfəskəsici mübarizədən qalib ayrılaraq “Novruz Kuboku”-na sahib çıxdı. Gözəl oyunla yadda qalan Türyan Məmmədovun kapitanı olduğu “Diplomat” komandası II yeri tutdu. |