Kipl + Vista

0 şərh

8th June 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Oyunu “Kipl” + “Vista” aparmalıydı. Amma nədənsə, ikincinin ancaq bir neçə suallarını eşitdik.
Aparıcılar (yəni, yalnız “Kipl”lilər) bu dəfə qaydalarla çox uğraşmadılar. Bu da keçən dəfəkinə nisbətən daha yaxşı effekt verdi. Zala bir az tez gələndə Elgünün artıq hazırlığa başladığını görəndə, sualların daha keyfiyyətli olacağını düşündüm. Amma bu məsələdə keçən dəfəki vəziyyət təkrar olundu. Keyfiyyət baxımından Orxan Cəlilovdan üstünlüyü yenə də his olundu. Cəlilov artıq klubumuzun stabil sual müəllifi olduğunu sübuta yetirib. Ancaq sualları həddən artıq asan idi. Elgünün səsləndirdiyi bir neçə sualın (“Farenheyt”, “Almaniyanın qələbəsi”, “Vaqif dramı” və s.) hansı meyarla sual adlandırmaq olduğunu başa düşmədim. “Vista”nın son sualını (“Mafiyanın ədaləti”) da anlamadım. Klubda hazırda cərəyan edən futbol üzrə Avropa çempionatına dair sualların səslənməsi və oyunçularda futbol ab-havası sürməsi diqqət çəkir.

Nizam-intizam nisbətən yaxşı idi. Hər halda başım o qədər də ağrımadı. Bəlkə də komandalara arxa çevirdiyim üçün səs-küyü hiss etmədim. Oyunda o qədər də güclü rəqabət olmadı. “Fatehlər” rəqiblərini üstələdilər və qalib gəldilər. “Cihad”la “Diplomat” yalnız izləmə mövqeyi tutdular. İkinci liqada “Ergenekon”un artıq ənənəyə çevrilən stabil çıxışı yadda qaldı.

Hazırladı Aqşin Atalızadə

BİM Yunayted və Sakit

0 şərh

2nd June 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Oyunu “BİM Yunayted” və “Sakit” apardı. Seymur Teymurovun fikrinə qoşularaq bildirirəm ki, artıq gələn dövrədən iki komandanın oyun aparması tendensiyasına (Nicat islahatı) son qoymaq lazımdı.

Suallar: Sakit – yozumsuz, “BİM Yunayted” – turnirdən sonra yalnız sual xətrinə sualların olacağı aydın idi.

Aparıcılıq: Əvvəlki oyunların şərhinə bax + məddahnamələrində mənə də yer ayırdığına görə Eminova təşəkkür edirəm.

İntizam: Əvvəlki oyunların şərhinə bax.

Oyunun gedişi: Zal elə bil ki, boş idi. Bunu yay imtahan sessiyalarının başlanması ilə də izah eləmək olar. Amma heç də yaxşı əlamət deyil. “Cihad” komandası özünü Eminovun şüuru səviyyəsinə lazımınca endirə bilməyi bacardığından inamlı qələbə qazandı – 15 xal. “KİPL”-in də Fuadı yaxşı tanıdığı aydın oldu – 12. Qalanları isə zülm çəkdilər. Birinci liqada “Ergenokan”a rəqib tapılmadı – 11

Aqşin Atalızadə

Gözəl suallar oyunu

0 şərh

28th May 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Gözəl suallar oyunu idi.
Komandaların hər ikisini təbrik eləyirəm. Xüsusən “Cihad”ı. “Dream-Team” inciməsin. Bugünkü oyunun əsas nitq hissələri Cihadın oyunçularıydı.

Başlayaq qüsurlardan. Paketlər yenə ayrı idi. “Cihad”da isə üç paket və yazılmamış suallar vardı. Nəticədə lazımi formada həkk olunmamış suallar o qədər də yaddaqalan olmadı.

Bugün gözəl suallar günü idi. “Cihad” komandasına, əsasən də Tural Dadaşova əlimdən yalnız təşəkkür etmək gəlir. Adi dövrə oyunlarına hər dəfə gözəl və baxımlı suallar çıxarmaq çətin işdi. Yadımda 3 gözəl sual qalıb: «Paxır», «Arximed» və «Abort». Əslində suallara gözəllik qatan faktlar deyil, onun tərtib olunma formasıdır. Məhz bunun bəzilərinə gözəl sual deyirik, digərləri isə heç yadımızda qalmır. Oktay Məhərrəmova görə «Paxır» başqa cür formula edilsəydi, daha asan olardı. Ancaq, fikrimcə, «Paxır»da hər hansı bir dəyişiklik, onun «paxır»ını açardı. Təəssüf ki, komandalar sadəcə olaraq anadolu leksikonundan istifadə edərək sualı tapdılar.
«Arximed»in müəllifinin şeirdə sual elementlərini tapması və onu lazımi formada tərtib etməsi yaxşı effekt verdi. «Abort» isə bəzi komandaların kinayəli gülüşlərinə baxmayaraq sadəcə GÖZƏL sual idi.

“Dream-Team”in suallarının bir qüsuru var idi, o da «Cihad»dan geri qalması. Əslində normal suallar idi. Sadəcə olaraq komandanın sualları yaxşı formula etmək bacarığı hələ formalaşmayıb.

Nizam-intizam isə yenə də yerində deyildi. Aparıcılardan xahiş edirəm ki, gələcəkdə ümumi sakitlik yaratsınlar, ondan sonra sualları elan etsinlər. Bəzi sualların əvvəlini, bəzilərinin isə axırını eşitmək olmurdu. Ümumiyyətlə, klubda insanı dəli edəcək səviyyədə səs-küy var. Burda məşhur Ağanatiqin sözləri yadıma düşdü: “Deyəsən, mənim kimi qocalmaq istəyirsiniz….. İstəmirsinizsə, sakit olun”. Başqalarını bilmirəm, mən yalnız ilk 5-6 suala normal başla qulaq asıram.

Qeyd etmək lazımdır ki, bugünkü oyunda komandaların azlığı diqqət çəkdi. Elə ümumi baxışla da zalda boşluq olduğu görünürdü. Seymur Teymurovun gəlişi də bu boşluğu doldurmadı. Oyunun gedişi gözlənilən kimi oldu. İlk suallardan sonra ənənəvi olaraq aydın gözəçarpan lider yox idi. Lakin, son turnir qalibi «KİPL»in geniş heyətlə çıxış etməsi, onların qələbəsini gözlənilən etmişdi. «Fatehlər» və «Diplomat»ın əsas rəqiblərinə çatmaq ehtimalı az idi. Nəticədə «KİPL» əsas rəqiblərini xeyli qabaqlayaraq 14 xalla inamlı qələbə qazandı.
Aşağı liqada komandalarla birlikdə rəqabətin də azalması davam edir. Yenə də Ergenekonun zəif çıxışı zəminində Fortuna qalib gəldi.

Hazırladı Aqşin Atalızadə

Fatehlər+Rüfət+İstiqlaliyyət 6

0 şərh

19th May 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Nəhayət ki, uzun deyişmələrdən sonra dövrəni başlaya bildik.

Təəssüf ki, qeydiyyat aparmadım. Bugünkü oyunu Fatehlər+Rüfət+İstiqlaliyyət 6 adlandırmaq olar.

Aparıcılarla bağlı uzun müddət davam edən deyişmələr onunla nəticələnmişdi ki, komandalar oyuna hazırlıqsız idilər. Faktiki 3 paket vardı. Emin, Əli və Rüfətin paketi, sonuncuya əgər paket demək olarsa. Əvvəlcə kompüterdən anlaşılmaz nəsə oxumağa çalışdı, sonra da nəsə sual verdi. Doğrudan da başa düşmək olmur. Rüfət Fatehlərin üzvü deyil? Tutaq ki, həmkar komanda məlum deyildi. Bir komandanın daxilində ki, vahid suallar paketi yaratmaq olardı?

Suallar əvvəlcə çətin başladı. Bir qayda olaraq çətin suallara həm də yaxşı sual deməyə vərdiş etsək də, bugünkü oyunda bu hiss olunmadı. Yalnız «Mənim Tanrım gözəllikdir, sevgidir» blitsini çıxmaq şərti ilə yadda qalan sual olmadı. XIX əsrdə Britaniya müstəmləkəsi olan Hindistanda Britaniya səfirliyinin olması faktını yoxlamaq lazımdır. Eskort-ekskortun da ki, heç yeri yox idi. İstiqlaliyyət-6-nın sualları nisbətən zəif olması ilə seçilirdi.

Nizam-intizam yerində deyildi. Aparıcılar həddindən artıq biganə idilər. Yersiz reaksiyalar da vardı. Bir şeyi qəti demək olar: bu oyun «Fatehlər»in keçirdiyi ən pis oyun idi.

Oyunun gedişi bir az gözlənilməz oldu. İlk çətin suallardan sonra cəmi bir neçə komandanın aktivində xal var idi. Əsas mübarizə 12-18-ci suallar arasında qızışdı. Kapitansız «KİPL» yaxşı təsir bağışlamadı. Elə kapitansız «Sakit»in də səsi çıxmırdı. Nəticədə birincilik «Cihad»la yeni tərkibli «Diplomat»ın arasında baş verdi. Son sualın sayəsində «Diplomat» rəqibinə çatdı və nəticədə hər iki komanda bərabər nəticə göstərdilər – 10 xal.

Aşağı liqada komandalarla birlikdə rəqabətin də azalması müşahidə edilir. Bu heç yaxşı əlamət deyil. Ergenekonun zəif çıxışı zəminində Fortuna qalib gəldi.

Bütövlükdə oyun aşağı göstəricilərlə yadda qaldı.

Hazırladı Aqşin Atalızadə

Kipl + Triumf

0 şərh

5th May 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Yaxşı oyun idi.

«Kipl» + «Triumf» oyununu bütövlükdə iki cəhətdən qiymətləndirmək lazımdır: mənfi – aparıcılıq və müsbət – suallar.
Aparıcıların yeganə müsbət cəhəti oyunu aydın, uca səslə aparmaları idı. Ancaq oyun başlayan kimi problemlər başladı. Məlum oldu ki, suallar gətirilməyib. Aparıcıların bir qrupu sualların dalınca getdiyi vaxtda Tural Sultanov komandaların qeydiyyatı ilə məşğul olmağa çalışdı. Amma çalışdı, çünki suallar gələnə qədər bu prosesi başa çatdıra bilməmişdi. Turala məsləhət: bundan ötrü çalışmaq lazım deyil, komandaların özləri başa düşməlidirlər ki, qeydiyyatdan keçmək lazımdı. Bu oyunda bir ilk tətbiq olundu. Cavabların yalnız vaxtın bitməyinə 10 saniyə qalmış qəbul edilməsi. Fikrimcə çox düzgündür. Belə ki, bəzi komandaların sualları tez bilərək, cavab kartlarını aparması digər komandalarda müzakirə prosesini pozur. Həm rəqibin artıq cavab verməsi təşviş yaradır, həm də diqqəti yayındırır. Ancaq, bu ilk o qədər də düzgün tətbiq olunmadı. Tələbə riayət etməyən komandaların sadəcə kartlarının qəbul edilməməsi kifayət idi. Amma Elgün Atalıyevin bu zaman səsini ucaltmasının yalnız ona ziyanı oldu. Aparıcı komanda mümkün qədər əsəblərini qorumalıdır.
Aparıcılar bu «ilk»i hesablamada problem yaranmasının qarşısını almaq məqsədilə etdiyini bildirsələr də, hesablama prosesinin ləng aparıldığı hiss olunurdu. Aparıcılar kifayət qədər idi, səlahiyyət bölgüsü də vardı. Problem yaranmamalı idi.

Suallara heç bir irad ola bilməzdi. Bu cəhətdən komandaların hazırlığı hiss olunurdu. Keyfiyyət baxımından Orxan Cəlilovdan üstünlüyü hiss olunurdu. Cəlilova təşəkkür etmək istərdim. Onun sualların həm çətinlik dərəcəsini, həm də səviyyəsini yüksəltməsini təqdir edirəm. Ümumilikdə klubda sualların səviyyəsi artırılmalıdır. Bu, həm də bilicilərin yaddaşlarının təzələnməsinə deyil, biliklərini daha da artmasına xidmət edir. Klub yarandığı gündən oyunlarda iştirak etsəm də, 4 sualın cavabından ümumiyyətlə xəbərim yox idi (məsələn, «Boris Akunin», «stəkanda fırtına» cavablı sual). Bir neçə oynanmış sual olmasını çıxmaq şərtilə ümumilikdə sualları yüksək qiymətləndirmək lazımdır. Əlvan-Elgün deyişməsini çıxmaq şərtilə, nizam-intizamla bağlı o qədər də problem yox idi.
Bütövlükdə oyun yenə həmişəki kimi güclü rəqabət şəraitində cərəyan etdi. Suallarda çətinliyin artması daha təcrübəli və bilikli komandaların fərqi artıraraq irəli keçməsinə gətirib çıxardı. Yüksək liqada əsas mübarizə «Cihad»la «Fatehlər» arasında cərəyan etdi. «KİPL»in aparıcı komanda olması «Fatehlər»in çempionluğu üçün əlverişli şərait yaratdı. Orta nəticə kifayət etsə də, komanda var qüvvəsini sərf edərək çempion oldu. Əvvəlki turların «flaş» komandası «İstiqlaliyyət – 6» nın natamam heyətdə olması onun bu tur zəif çıxış etməsinə gətirib çıxardı. Aşağı liqada «Vista» komandasının uğurlu çıxışı gözlənilməz oldu. Ötən turun qalibləri BİM-Yunayted və «Ergenekon»un zəif çıxışı diqqət çəkdi.

Hazırladı Aqşin Atalızadə

Diplomat+Heksaqon

0 şərh

27th April 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Budəfəki oyun barədə ümumi şəkildə bunu demək olar: «Diplomat» daha yaxşısını da bacarır. «Heksaqon»lular isə tələbə yoldaşlarına çatmaq üçün çox çalışmalıdırlar. Düzdür, hər iki komandanın oyunçuları vahid bir aparıcı kollektivi kimi çıxış etməyə cəhd göstərsələr də fərq hiss olunurdu.
Bütövlükdə oyun yaxşı keçdi.
Aparıcıların ən müsbət cəhəti kimi qeyd etmək olar ki, səlahiyyət bölgüsü vardı. İki komanda vahid paket yaradıb, işi vahid aparıcıya tapşırmışdı. Digər mühüm vəzifələr isə digər oyunçular arasında bölüşdürülmüşdü. Bu üsul həm oyuna müəyyən sabitlik verir, həm də konkret olaraq, sual müəllifinə irad ünvanlamaq tendensiyasının qarşısını alır. Komandalar oyunu apararkən vahid tam kimi çıxış etdilər. Afərin!
İradlara gəldikdə isə qeyd etmək lazımdır ki, hörmətli Məmmədov həddindən artıq səmimiydi. Təcrübə göstərir ki, nə qədər xoş niyyətli olursan ol, oyun apararkən, şəxsi münasibətləri kənara atmaq lazımdı. Aparıcının səmimi, mülayim münasibəti hərdən sui-istifadə hallarına gətirib çıxarırdı. Bir də nitqin tonu aşağıydı.
Bütövlükdə aparıcılıq fəaliyyətini müsbət qiymətləndirmək lazımdır. Bugünkü oyunu «Diplomat» və «Heksaqon» adlanan iki ayrı komanda aparırdı. Ancaq sualların stili bunu demək olar ki, hiss etdirmirdi. Vahid paket yaradılmışdı. Ancaq bütövlükdə sualları oyun dövrələrinə uyğun olaraq iki hissəyə bölmək olardı. Birinci yarıda sualların götürülmə dərəcəsi asan idi. Bir neçə sualı isə (Məsələn, «Robinzon Kruzo», «Etil spirti», «Karib böhranı» və s.) götürmək üçün təcrübə kifayət idi.
İkinci yarıda isə sualların çətinlik dərəcəsi artdı. Bu komandaların göstərdiyi nəticələrdə də öz əksini tapmışdı. Blits sualları maraqlı olsa da, çətin idi və tələblərə cavab verirdi. Ən gözəl suallar fikrimcə, «Ana bətni», «Anamın kitabı» və «Arximed+Avaqadro» sualları idi.
«Safari» cavablı suala komandaların etirazı məntiqli deyildi. Klubda bir neçə dəfə həmin sözün Suaxili mənşəli olması ilə bağlı suallar səslənib. Eyni söz müxtəlif dillərdə ola bilər, ancaq bu o demək deyil, ki, sual səhvdir. Müəllif təbii ki, müəyyən mənbəyə istinad etmişdi. Nizam-intizam məsələsi isə lazımi səviyyədə deyildi. Burada aparıcıların təqsiri az idi. Sadəcə klubun bəzi oyunçuları yaşlandıqca elə bil uşaqlaşır. Oktay Məhərrəmova və komanda yoldaşlarına təşəkkür edirəm. Səsləri çıxmırdı. Amma, «Cihad»ın yersiz iradlarına «KİPL»in əsassız təzyiqləri əlavə olunmuşdu. Hələ üstəlik «Fatehlər»in də hərdən bir onlara qoşulmasına heç nə ilə bəraət qazandırmaq olmaz.
Bütövlükdə oyun yenə də güclü rəqabət şəraitində cərəyan etdi. İlk yarıda sualların nisbətən asan olması komandaların yaxşı nəticə göstərməsinə səbəb oldu. Yüksək liqada «Fatehlər»lə «Sakit» ilk suallardan etibarən irəli atıldılar. «Sakit»i təbrik edirəm, onlar istənilən heyətlə oynaya bildiklərini sübut etdilər. Ancaq, Oktay Məhərrəmovun ilk yarıdan sonra getməsi öz təsirini göstərdi və komanda yalnız ikincilik uğrunda «Cihad», «Dream-Team» və «KİPL»lə bərabər mübarizəyə qoşuldu. «Fatehlər» dövrədə ilk qələbəsini qazandı. İkinci liqada «Bim-Yunayted»lə «Ergenekon» elə ilk suallardan etibarən təşəbbüsü ələ aldılar. Sona yaxın isə «Bim-Yunayted»in qarşısı alınmaz oldu və onlar olduqca yüksək nəticə ilə qalib oldular.
Hazırladı Aqşin Atalızadə – «Turan»

Sakit

0 şərh

21st April 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Budəfəki oyun digərlərindən onunla fərqlənirdi ki, iki komanda yox, bir komanda aparıcılıq edirdi. Belə ki, Turan-Fatehlər oyununda xəbərdar olmadıqları üçün iştirak etməyən «İstiqlaliyyət-6» komandası oyun müstəsna razılıq əsasında aparmaqdan azad edilərək digər iştirakçı komandalara qoşuldu. İrəliyə gedərək deyək ki, bu amilin həm oyunun aparılmasına həm də gedişinə təsiri oldu. Bütövlükdə oyun alındı.
Qeyd etmək lazımdır ki, aparıcılar, daha dəqiq desək aparıcı Fuad Eminov çətin də olsa oyunun öhdəsindən gəldi. Əslində çətinliyi «Sakit» komandası özü-özünə yaratmışdı. Aparıcı yerdən replikalara fikir vermədi və bütün diqqətini oyuna cəmləşdirdi. «Xəzər»də oyun apararkən soyuqqanlı olma soyuqqanlılıq vacib şərtdi. Xəbərdarlıq hüququndan cəmi bir neçə dəfə istifadə edildi və hər bir halda düzgün. Qarşı tərəfdən açıq etiraz gəlmədi..

İradlara gəldikdə isə oyun heyəti sayının azlığını göstərərdim. Mən bildiyimə görə bu komandada 6+2 oyunçu var. Dövrə oyunlarında bir qayda olaraq 5 nəfəri iştirak edir. Oyunu aparmağa isə yalnız iki nəfər gəlmişdi. Sonra komandanın kapitanı vacib işləri ilə bağlı yoxa çıxdı. İlk sualdan sonra məlum oldu ki, aparıcı həm də cavabları qeyd edir. Sonradan vəziyyət düzəldi. Mən bir qayda olaraq toplu halında aparıcılığın əleyhinəyəm. Ancaq, bu dəfə vəziyyət başqa idi. Komanda bilirdi ki, oyunu tək aparır. Buna görə də heç olmasa 3 nəfəri oyuna gətirməliydi. Bu ki, adi məsuliyyət tələb edir. Digər bir irad oyuna başlamaq tərzi (təxminən beş dəfə birinci sual sözü səsləndi, ancaq sual verilmədi.) və sualqabağı şərhləri də qeyd etmək yerinə düşər..
Klubda «həsretmə» tendensiyası var və bu yaxşı qarşılanır. Bir çox hallarda düzgün cavaba işarə edilməsi suala marağı artırır. Məsələn, birinci sualda «istiotlu qız» məsələsində cavaba dəxili var idi. Ancaq, sonra yerli-yersiz mədhetmələr başladı. Əvvəlcə komandanın bütün üzvləri, daha sonra isə klubun yarısı «yada salındı». Bu daha çox, toylarda sağlıq deməyə oxşuyurdu..

Bundan başqa aparıcının «breyn sualları bitdi, indi n?h?n? sualları başlayır» formasında replikası özünü doğrultmadı və komandaların yersiz şərhlərinə səbəb oldu. Bütövlükdə aparıcılıq fəaliyyətini müsbət qiymətləndirmək lazımdır..

«Sakit» komandası oyunu tək aparsa da məlum oldu ki, sualların demək olar ki, hamısı Fuad Eminova məxsusdur. Bu heç də arzuolunan hal deyil. Çünki, hər bir şəxsin konkret maraq dairəsi və «stili» var. Müəllif tək olanda bu sualların moqnotonluğuna gətirib çıxarır. Maraqlıdır ki, klubun ən yaxşı sual müəlliflərindən sayılan Oktay Məhərrəmov nəyə görə bu prosesdə iştirak etməmişdi..

Sualları ümumilikdə yaxşı qiymətləndirmək lazımdı. Müəlliflərin hazırlığı hiss olunurdu. Daha çox xoşuma gələnlər dupletdə Freyd, Qüds, və Blits sualları idi. «Kohi nur» əsl müasir sual idi. Ancaq iradları da qeyd etmək istərdim.

a) bəzi suallarda bəzən həddən artıq asanlıq (Merlin Monro, Bir dəfə Amerikada və s.).
b) bəzi sualların cavabı qeyri-korrekt qoyulmuşdu ( Lumyer, Ancelina Coli).
c) bəzi sualları daha yaxşı formula etmək olardı. məsələn, Qüds sualında vurğunu vərəqlərin bir aydan bir toplanmasına yox, ümumiyyətlə toplanmasına yönəltmək olardı..
ç) Blits yaxşı sual olsa da nəzərə almaq lazımdır ki, klubun əksəriyyətinin forumdan xəbər yoxdur. Oradakı bölmələri bilməyə məcbur deyillər..

Oyunun keçən həftəki ilə eyni zalda keçirilməsinə baxmayaraq, oynayan komandaların sualları eşitməməsinə dair iradlarına rast gəlinmədi. Bunu bir tərəfdən, «Sakit»in oynayan deyil, aparıcı komanda olması ilə də izah etmək olar. Bəzi komandalar tərəfindən aparıcının hərəkətlərinə qarşı yersiz atmacalar və etirazlar oldu. Amma bu faktlar oyunun intizamlı keçməsinə mane olmadı. Aparıcının xoşniyyətli olmasının da burada payı var..

Bütövlükdə oyun güclü rəqabət şəraitində cərəyan etdi. Sevindirici haldır ki, ikinci liqa komandalarının göstəriciləri birinci liqadan demək olar ki, geri qalmırdı. Birinci altı sualdan sonra birinci liqada «KİPL»lə «İstiqlaliyyət-6» xalla nisbi üstünlüyə malik olsalar da, daha sonra sonuncuları saxlamaq olmadı. «İstiqlaliyyət-6»-nın bugünkü uğurlu çıxışını «Danimarka» sindromu da adlandırmaq olar. Xatırlayırsınızsa, 1992-ci ilin qitə çempionatına yalnız Yuqoslaviyanın süqutu sayəsində çıxan Danimarka yığması sonradan Avropa çempionu oldu. Bugünkü oyuna da «İstiqlaliyyət-6» müstəsna icazə əsasında buraxılmışdı, ancaq özünü tam gücü ilə göstərərək «KİPL», «Cihad», «Diplomat» və «Fatehlər»i geridə qoyaraq 14 xalla birinci oldu. Bu qələbəsi ilə komanda eyni zamanda «KİPL»in məğlubedilməzliyinə dair fikirləri də alt-üst etdi..
İkinci liqada da mübarizə gərgin oldu. «Veni Vidi Viçi»-nin oyanışı sevindirici idi. Dəyanət, Ergenekon, Evrika arasında güclü rəqabət getdi. Kimin qalib gəlməsindən asılı olmayaraq qalib gələn «Xəzər» oldu..

Hazırladı: Aqşin Atalızadə

Sakit – Fatehlər

0 şərh

11th February 2008 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Klubun siyasəti | Nə? Harada? Nə zaman?

Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi fevral ayının 10-da 1 aylıq fasilədən sonra yenidən öz intellektual oyunlarının təşkilinə start verdi. Fasilənin yaranmasına səbəb klubun əksər üzvlərinin tələbə olmaları və onların qış-imtahan sessiyasında iştirak etmələri üzündən kluba qatıla bilməmələri, eyni zamanda klubun öz müntəzəm oyunlarını keçirdiyi Azərbaycan Dillər Universitetinin imtahan sessiyası dövründə kluba boş auditoriya ayıra bilməməsi idi. Klubun XV oyun dövrəsinin birinci oyunu yeni məkanda, Bakı Slavyan Universitetində baş tutdu. Bütün əsas komandalar tam heyətlə çıxış etdilər və “Sakit”-“Fatehlər” cütlüyünün sualları əsasında keçirilən oyunda ilk yer uğrunda mübarizə çox gərgin oldu. Sonda 1-ci liqada oynayan 8 komandadan 5-i 1-ci yer uğrunda mübarizə aparırdılar. Lakin inamlı oyun və bir az da bəxt sayəsində “Triumf” və “Cihad” komandaları 1-2-ci yerləri bölüşdürə bildilər. Digər 3 komanda 3-5-ci yerləri öz aralarında bölməklə kifayətləndilər. Klubun ən qocaman komandası “Turan” isə ikinci liqadakı mübarizənin qalibi oldu. Yüksək Liqanın növbəti oyunu fevralın 17-si saat 12:00-da eyni məkanda təşkil ediləcəkdir. Həmin gün Məktəb Liqasının yenidən bərpa olunması ilə də yadda qalacaq. Bütün arzu edənlər dəvət olunurlar.

Qızıl payız dövrəsi

0 şərh

15th November 2007 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

Qızıl payız dövrəsi də belə getdi. Əslində bu dövrə son illər keçirilən dövrələr arasında xüsusi fərqlənməlidir. Bu dövrə debyutantların səviyyə fərqini aradan qaldırması ilə yadda qaldı. Yüksək liqanın debyutantları olan Karvan və İstiqlaliyyət 6 Yüksək liqada öz yerlərini saxladı. Dumanlı Təbrizin öz yerini verdiyi Sakit komandası isə hətta II yerədək irəliləyə bildi. Güclü rəqabət perspektivli Fatehlərin II liqaya düşməsinə səbəb oldu. Cihad kimi təcrübəli komanda isə dövrənin son iki oyununda qazandığı xallar hesabına öz adını və nüfuzunu qoruya bildi.

Bu dövrə həm də aparıcıların sual paketlərinin keyfiyyəti sahəsində baş verən irəliləyişlərlə yadda qaldı. Sakit, Diplomat-Triumf, Bim utd-İstiqlaliyyət 6 komandalarının sualları yüksək qiymət aldı. Tənqidlərə məruz qalsa da, qeyd etmək lazımdır ki, Fatehlər komandası da yaxşı suallar hazırlamışdı, lakin təcrübəli Karvanın bir qədər axıradək işlənməmiş sualları həmin cütlüyün suallarının tənqidlərə məruz qalmasına səbəb oldu. Cihad komandasının apardığı oyun ən zəif oyun kimi qiymətləndirilməsi isə təəssüf doğurmalıdır, çünki Cihadlılar apardıqları oyundan bir neçə həftə sonra təşkil olunan Çağırış-II kubokunda yaxşı sualların müəllifləri kimi tanınmışdırlar. Deməli, istək olan yerdə istənilən uğuru da qazanmaq mümkündür. Ümid edirik ki, gələn dəfə onlar aparacaqları dövrə oyununa daha diqqətlə yanaşacaqlar.

Dövrənin sonuna yaxın Xəzərdə həqiqətən sakitçilik yarandı. Sakit-Alfa və Diplomat-Triumf cütlüklərinin apardıqları oyunlar aparıcıların daha az sayda əsəb hüceyrələrinin məhv olması ilə yadda qaldı.

Dövrə nəticəsində ilk üç yeri tutan komandalara gəldikdə isə, çempion Triumf stabil oyunun uğurun əsas amili olduğunu göstərdi. Üç oyun dalbadal ikinci yerləri tutaraq 8 xal qazanan Sakit elə son nəticədə də II oldu. Dövrədə elektrokardioqrammanı xatırladan oyunu ilə yadda qalan Diplomatın gücü üçüncülüyə yetdi.

Yüksək liqada İqtisad Universitetinin təmsilçiləri qismində oynayan İstiqlaliyyət 6 və Bim utd isə həmin universitetin artmaqda olan intellektual səviyyəsinin əyani göstəriciləridir.

İrəlidən qış gəlir. Görək qış dövrəsi bizə nə sürprizlər hazırlayır. Düzü Yüksək Liqanın debyutantlarından qeyri-adi heç nə gözlənilməsə də, onlar yəqin ki verilən belə skeptik qiymətlə razılaşmayıb nəsə edəcəklər…Təki beyinlər qış yuxusuna getməsin.

Hörmətlə, Э.F.

Cihad və Dream Team

0 şərh

30th September 2007 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

29 sentyabr “Xəzər İntellektual Gənclər Klubu”nun 2001-ci ilin aprel ayından başlayan tarixində növbəti oyun dövrəsinə “start” verilməsi ilə əlamətdar oldu. Bir həftə əvvəl Bakı Dövlət Universitetində bomba olduğu barədə yalan məlumatın verilməsi dövrə oyunlarının başlanmasını növbəti həftəyədək təxirə salsa da, bu heç də oyunçuların həvəsini azaltmamışdı. Oyunun nəticələri də bunu deməyə əsas verir. Son 3 ildə ilk dəfə komandalardan biri, konkret olaraq “El Classico” 25 sualdan 20-ni tapmağa nail oldu. Sonuncu dəfə belə bir uğuru “Cihad” komandası 24 sualdan 21-nə cavab verməklə göstərmişdi, o vaxt sualların müəllifi adı klubumuzun tarixinə yazılan “Sprut” komandası idi.

Bugünkü oyunda sualları “Cihad” və “Dream Team” komandaları hazırlamışdı. Oyunun gedişində birinci tur gərgin mübarizə ilə yadda qalsa da, ikinci tur həm birinci, həm də ikinci liqada bir neçə komandanın digərlərini geridə qoyması ilə bir az canlandı. Müvafiq olaraq “Diplomat” və “El Classico” komandaları birinciliyə yiyələndilər. Birinci liqanın debütantları “İstiqlaliyyət – 6”, “Sakit” və iki illik ayrılıqdan sonra birinci liqaya qayıdan “Karvan” da layiqli oyun nümayiş etdirdilər. Birincilər yalnız diplomatlardan geri qalsalar da, “Karvan” komandası “BİM United” və “Triumf”la birlikdə 3-5-ci yerləri bölüşdürdü. “Sakit” isə 6-cı olaraq “Fatehlər” və “Alfa” ilə bərabər son üç yeri paylaşdı.

Üçüncü liqada isə ikihakimiyyətlilik var, “Dəyanət” və “Heksoqon” komandaları 1-2-ci yerləri bölüşərək gələn dövrəni ikinci liqada keçirəcəklərini isbatlamağa çalışdılar.