Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

“Xəzər”də ikiqat həyəcan yaşandı

“Xəzər”də ikiqat həyəcan yaşandı

34-cü dövrənin çempionu məlum oldu.

Dekabrın 25-i Xəzər İntellektual Gənclər Klubunun üzvləri arasında öz gərginliyi ilə yadda qaldı. Belə ki, həmin gün “Xəzər”lilər ardıcıl iki tur oynamalı oldular.
Dövrənin 4-cü turu “İstiqlal” komandasının aparıcılığı ilə baş tutdu. Yüksək liqada dövrə boyu gözəl oyun nümayiş etdirmiş “Sakit” komandası bu turda da digər komandalardan seçildi. Komanda 14 suala doğru cavab verdiyi halda ən yaxın rəqibi “KiPL”də bu göstərici 9-a bərabər oldu. Bununla da “Sakit” komandası iştirak etdiyi 3 oyunda öz hesabına mümkün olan maksimum xalı (30 xal) yazdıra bildi.
İkinci liqada isə bu tur da lider dəyişmədi. “V” komandası bir daha rəqiblərinə əlçatmaz olduğunu göstərə bildi. “Artosfera” və “Alliance” komandaları yenidən ikinci və üçüncü yerləri bölüşməli oldular.
Qısa fasilədən sonra “KiPL” komandasının aparıcısı olduğu 5-ci tur start götürdü. Həlledici hesab olunan bu turun yekunları birinciliyə o qədər də təsir göstərə bilmədi. Belə ki, oyun ərzində daha çox sualı düzgün cavablandırmış “İstiqlal” komandası yalnız turun qalibi adına iddia edə bildi. Dövrənin çempionu isə ötən turlarda birinciliyi heç kəslə bölüşməyən, nəticədə aktivinə 38 xal yaza bilmiş “Sakit” komandası oldu. İkinci yerə 32 xalla “İstiqlal”, üçüncü yerə isə 28,5 xalla “KiPL” komandaları sahibləndi. “Land of fire” komandasından cəmi 0,5 xalla geri qalmış “TM-9” komandası isə yüksək liqanı tərk etməli oldu.
İkinci liqada isə yenə də “V” komandasının möhtəşəm oyunu izlənildi. Bu dəfə də digər komandalardan üstün olduğunu sübut edə bilmiş komanda maksimum göstərici ilə – 75 xalla birincilik əldə edərək yüksək liqaya vəsiqə qazandı. Yekun nəticədə “Alliance” komandası 2-ci, “Artosfera” isə 3-cü oldu.
34-cü dövrənin bitməsi ilə Xəzər İntellektual Gənclər Klubunda “Nə? Harada? Nə zaman?” oyunlarına müvəqqəti fasilə verildi. Bu fasilə müddətində “Fərdi oyun” üzrə bir neçə turnirin keçiriləcəyi gözlənilir.

Leave a Comment