Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

“Xəzər”də bu tur “odlu-alovlu” keçdi

“Xəzər”də bu tur “odlu-alovlu” keçdi

İntellektualları sınağa çəkən bu dəfə “Land of fire” komandası oldu.

Xəzər İntellektual Gənclər Klubunda 34-cü dövrənin 3-cü turu dekabrın 11-də baş tutdu. Birinci və ikinci liqaların gərgin mübarizəsi şəraitində keçən turun aparıcısı “Land of fire” komandası oldu. 25 suallıq paket bu dəfə “Sakit” komandasına uğur gətirdi. Daha çox sualı doğru cavablandırmış “Sakit” hazırda artıq aparıcı olmuş komandalar arasında liderdir. Bu tur yüksək liqada ikincilik isə “İstiqlal” komandasının aktivinə yazıldı.

İkinci liqada isə hələ də “V” komandasının üstünlüyü davam edir. Ardıcıl üçüncü tur hamıdan çox suala cavab tapmış komanda liqanın açıq-aşkar lideridir. “V”-nin ən yaxın rəqibləri isə “Alliance” və “Artosfera” komandalarıdır.

Qarşıda isə yekun nəticələrə təsir edəcək daha iki tur var. Növbəti tur dekabrın 18-i “İstiqlal” komandasının aparıcılığı ilə baş tutacaq.

Leave a Comment