Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

“Xəzər”də dövrə oyunları davam edir

“Xəzər”də dövrə oyunları davam edir

Bu dəfə “Xəzər”in sakitliyini elə “Sakit” komandası pozdu

Dekabrın 4-ündə Xəzər İntellektual Gənclər Klubunda 34-cü dövrənin 2-ci turu “Sakit” komandasının aparıcılığı ilə baş tutdu. Bu tur həm birinci, həm də ikinci liqa üçün gərgin mübarizə ilə yadda qaldı. Yüksək liqa komandalarından “İstiqlal” və “KiPL” eyni qədər suala doğru cavab verərək turnir cədvəlində yerlərini möhkəmlətdilər. Onları çox kiçik xal fərqi ilə “Land of fire” və “TM9” komandaları izləyir.

İkinci liqadan yüksək liqaya vəsiqə qazanmaq istəyən komandalar da mübarizəni davam etdirirlər. Bu dövrə parlaq çıxışı ilə yadda qalan “V” komandası ikinci turda da öz sözünü deməyi bacardı. 11 suala doğru cavab verə bilmiş komanda turnir cədvəlində öz liderliyini qoruyur. “V”-ni aktivində daha az xal olan “Alliance” və “Artosfera” komandaları izləyir.
Xatırladaq ki, komandaları qarşıda daha 3 tur gözləyir. Dekabrın 11-də keçiriləcək növbəti – 3-cü turun aparıcısı “Land of fire” komandası olacaq.

Leave a Comment