Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

Növbəti dövrə oyunu keçirildi

Növbəti dövrə oyunu keçirildi

Oktyabrın 23-də baş tutan oyunda “Land of fire” birinci yeri tutdu.

Xəzər İntellektual Gənclər Klubunda 33-cü dövrəsinin 3-cü turunun suallarını və aparıcılığını “İstiqlal” komandası təşkil etdi. Birinci və ikinci liqaların iştirakı ilə baş tutan oyun maraqlı mübarizə şəraitində keçdi. Nəticədə, Yüksək liqada “Land of fire” komandası daha çox sualı doğru cavablandıraraq ilk yerdə qərarlaşdı. İkinci və üçüncü yerləri isə “KiPL” və “Diplomat” komandaları bölüşdü.

İkinci liqada elitaya vəsiqə qazanmaq uğrunda ciddi mübarizə gedir. Bu turda “Optimist”, “Kranium” və “TM 9” komandaları daha uğurlu oyun nümayiş etdirdilər. Ümumilikdə isə son turun nəticələrinə görə ikinci liqada ilk yerdə 25, 5 xalla “TM 9” komandası qərar tutub. Onu aktivində 24 xal olan “Artosfera” və 21 xala sahib “Alliance” komandaları izləyirlər.

Xatırladaq ki, 5 turdan ibarət olan dövrənin başa çatmasına hələ 2 tur var. Hazırkı nəticələrə əsasən Yüksək liqada ilk yeri ötən dövrənin qalibi olmuş “Diplomat” komandası tutur. Oktyabrın 30-da baş tutacaq növbəti oyunun aparıcısı da məhz bu komanda olacaq.

Leave a Comment