Payız Kuboku

0 şərh

15th October 2009 tarixində admin tərəfindən yazılıb. Mövzu: Nə? Harada? Nə zaman? | Turnir və yarışlar

Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq “İrəli” İctimai BirliyiXəzər İntellektual Gənclər Klubu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə 1 Oktyabr 2009-cu il tarixindən etibarən Bakı şəhərinin ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Payız Kuboku” layihəsinə start verir.

Turnirin məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, elmi biliklərini genişləndirmək, komanda işini təbliğ etməkdir. Turnirin seçim turu 31 Oktyabr 2009-cu il, iştirakçılar üçün son qeydiyyat tarixi isə 21 Oktyabr 2009-cu il olaraq müəyyənləşdirilmişdir. Yarışlarda iştirak etmək istəyən gənclər təhsil aldıqları ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarına müraciət edə bilərlər.

Təşkilat Komitəsi

Şərh yoxdur.

Leave a comment