Oyunu “Kipl” + “Vista” aparmalıydı. Amma nədənsə, ikincinin ancaq bir neçə suallarını eşitdik.
Aparıcılar (yəni, yalnız “Kipl”lilər) bu dəfə qaydalarla çox uğraşmadılar. Bu da keçən dəfəkinə nisbətən daha yaxşı effekt verdi. Zala bir az tez gələndə Elgünün artıq hazırlığa başladığını görəndə, sualların daha keyfiyyətli olacağını düşündüm. Amma bu məsələdə keçən dəfəki vəziyyət təkrar olundu. Keyfiyyət baxımından Orxan Cəlilovdan üstünlüyü yenə də his olundu. Cəlilov artıq klubumuzun stabil sual müəllifi olduğunu sübuta yetirib. Ancaq sualları həddən artıq asan idi. Elgünün səsləndirdiyi bir neçə sualın (“Farenheyt”, “Almaniyanın qələbəsi”, “Vaqif dramı” və s.) hansı meyarla sual adlandırmaq olduğunu başa düşmədim. “Vista”nın son sualını (“Mafiyanın ədaləti”) da anlamadım. Klubda hazırda cərəyan edən futbol üzrə Avropa çempionatına dair sualların səslənməsi və oyunçularda futbol ab-havası sürməsi diqqət çəkir.
Nizam-intizam nisbətən yaxşı idi. Hər halda başım o qədər də ağrımadı. Bəlkə də komandalara arxa çevirdiyim üçün səs-küyü hiss etmədim. Oyunda o qədər də güclü rəqabət olmadı. “Fatehlər” rəqiblərini üstələdilər və qalib gəldilər. “Cihad”la “Diplomat” yalnız izləmə mövqeyi tutdular. İkinci liqada “Ergenekon”un artıq ənənəyə çevrilən stabil çıxışı yadda qaldı.
Hazırladı Aqşin Atalızadə