Fatehlər+Rüfət+İstiqlaliyyət 6
Nəhayət ki, uzun deyişmələrdən sonra dövrəni başlaya bildik.
Təəssüf ki, qeydiyyat aparmadım. Bugünkü oyunu Fatehlər+Rüfət+İstiqlaliyyət 6 adlandırmaq olar.
Aparıcılarla bağlı uzun müddət davam edən deyişmələr onunla nəticələnmişdi ki, komandalar oyuna hazırlıqsız idilər. Faktiki 3 paket vardı. Emin, Əli və Rüfətin paketi, sonuncuya əgər paket demək olarsa. Əvvəlcə kompüterdən anlaşılmaz nəsə oxumağa çalışdı, sonra da nəsə sual verdi. Doğrudan da başa düşmək olmur. Rüfət Fatehlərin üzvü deyil? Tutaq ki, həmkar komanda məlum deyildi. Bir komandanın daxilində ki, vahid suallar paketi yaratmaq olardı?
Suallar əvvəlcə çətin başladı. Bir qayda olaraq çətin suallara həm də yaxşı sual deməyə vərdiş etsək də, bugünkü oyunda bu hiss olunmadı. Yalnız «Mənim Tanrım gözəllikdir, sevgidir» blitsini çıxmaq şərti ilə yadda qalan sual olmadı. XIX əsrdə Britaniya müstəmləkəsi olan Hindistanda Britaniya səfirliyinin olması faktını yoxlamaq lazımdır. Eskort-ekskortun da ki, heç yeri yox idi. İstiqlaliyyət-6-nın sualları nisbətən zəif olması ilə seçilirdi.
Nizam-intizam yerində deyildi. Aparıcılar həddindən artıq biganə idilər. Yersiz reaksiyalar da vardı. Bir şeyi qəti demək olar: bu oyun «Fatehlər»in keçirdiyi ən pis oyun idi.
Oyunun gedişi bir az gözlənilməz oldu. İlk çətin suallardan sonra cəmi bir neçə komandanın aktivində xal var idi. Əsas mübarizə 12-18-ci suallar arasında qızışdı. Kapitansız «KİPL» yaxşı təsir bağışlamadı. Elə kapitansız «Sakit»in də səsi çıxmırdı. Nəticədə birincilik «Cihad»la yeni tərkibli «Diplomat»ın arasında baş verdi. Son sualın sayəsində «Diplomat» rəqibinə çatdı və nəticədə hər iki komanda bərabər nəticə göstərdilər – 10 xal.
Aşağı liqada komandalarla birlikdə rəqabətin də azalması müşahidə edilir. Bu heç yaxşı əlamət deyil. Ergenekonun zəif çıxışı zəminində Fortuna qalib gəldi.
Bütövlükdə oyun aşağı göstəricilərlə yadda qaldı.
Hazırladı Aqşin Atalızadə

Ən son şərhlər