Kipl + Triumf
Yaxşı oyun idi.
«Kipl» + «Triumf» oyununu bütövlükdə iki cəhətdən qiymətləndirmək lazımdır: mənfi – aparıcılıq və müsbət – suallar.
Aparıcıların yeganə müsbət cəhəti oyunu aydın, uca səslə aparmaları idı. Ancaq oyun başlayan kimi problemlər başladı. Məlum oldu ki, suallar gətirilməyib. Aparıcıların bir qrupu sualların dalınca getdiyi vaxtda Tural Sultanov komandaların qeydiyyatı ilə məşğul olmağa çalışdı. Amma çalışdı, çünki suallar gələnə qədər bu prosesi başa çatdıra bilməmişdi. Turala məsləhət: bundan ötrü çalışmaq lazım deyil, komandaların özləri başa düşməlidirlər ki, qeydiyyatdan keçmək lazımdı. Bu oyunda bir ilk tətbiq olundu. Cavabların yalnız vaxtın bitməyinə 10 saniyə qalmış qəbul edilməsi. Fikrimcə çox düzgündür. Belə ki, bəzi komandaların sualları tez bilərək, cavab kartlarını aparması digər komandalarda müzakirə prosesini pozur. Həm rəqibin artıq cavab verməsi təşviş yaradır, həm də diqqəti yayındırır. Ancaq, bu ilk o qədər də düzgün tətbiq olunmadı. Tələbə riayət etməyən komandaların sadəcə kartlarının qəbul edilməməsi kifayət idi. Amma Elgün Atalıyevin bu zaman səsini ucaltmasının yalnız ona ziyanı oldu. Aparıcı komanda mümkün qədər əsəblərini qorumalıdır.
Aparıcılar bu «ilk»i hesablamada problem yaranmasının qarşısını almaq məqsədilə etdiyini bildirsələr də, hesablama prosesinin ləng aparıldığı hiss olunurdu. Aparıcılar kifayət qədər idi, səlahiyyət bölgüsü də vardı. Problem yaranmamalı idi.
Suallara heç bir irad ola bilməzdi. Bu cəhətdən komandaların hazırlığı hiss olunurdu. Keyfiyyət baxımından Orxan Cəlilovdan üstünlüyü hiss olunurdu. Cəlilova təşəkkür etmək istərdim. Onun sualların həm çətinlik dərəcəsini, həm də səviyyəsini yüksəltməsini təqdir edirəm. Ümumilikdə klubda sualların səviyyəsi artırılmalıdır. Bu, həm də bilicilərin yaddaşlarının təzələnməsinə deyil, biliklərini daha da artmasına xidmət edir. Klub yarandığı gündən oyunlarda iştirak etsəm də, 4 sualın cavabından ümumiyyətlə xəbərim yox idi (məsələn, «Boris Akunin», «stəkanda fırtına» cavablı sual). Bir neçə oynanmış sual olmasını çıxmaq şərtilə ümumilikdə sualları yüksək qiymətləndirmək lazımdır. Əlvan-Elgün deyişməsini çıxmaq şərtilə, nizam-intizamla bağlı o qədər də problem yox idi.
Bütövlükdə oyun yenə həmişəki kimi güclü rəqabət şəraitində cərəyan etdi. Suallarda çətinliyin artması daha təcrübəli və bilikli komandaların fərqi artıraraq irəli keçməsinə gətirib çıxardı. Yüksək liqada əsas mübarizə «Cihad»la «Fatehlər» arasında cərəyan etdi. «KİPL»in aparıcı komanda olması «Fatehlər»in çempionluğu üçün əlverişli şərait yaratdı. Orta nəticə kifayət etsə də, komanda var qüvvəsini sərf edərək çempion oldu. Əvvəlki turların «flaş» komandası «İstiqlaliyyət – 6» nın natamam heyətdə olması onun bu tur zəif çıxış etməsinə gətirib çıxardı. Aşağı liqada «Vista» komandasının uğurlu çıxışı gözlənilməz oldu. Ötən turun qalibləri BİM-Yunayted və «Ergenekon»un zəif çıxışı diqqət çəkdi.
Hazırladı Aqşin Atalızadə

Ən son şərhlər