Novruz Kuboku
| İNTELLEKTUAL ÇOXNÖVÇÜLÜK üzrə NOVRUZ kuboku baş tutdu Tarix: 03/04/2007 | |
| 31 mart – 1 aprel 2007-ci ildə “Xəzər” İntellektual Klubu və Azərbaycan Dillər Universitetinin təşkilatçılığı altında “2007-ci il Gənclər İlidir” devizi altında İntellektual Çoxnövçülük üzrə “Novruz Kuboku” keçirildi. İntellektual Çoxnövçülüyə “Fərdi Oyun”, “Erudit Kvartet” və “Nə? Harada? Nə zaman?” intellektual yarışmaları daxil idi. Kubok “Fərdi Oyun” yarışması ilə başlandı. Oyunçuların fərdi intellekt göstəricilərinin əsas rol oynadığı yarışmada Tural Dadaşov qalib gəldi. İntellekt cəngavərlərinin beyinləri “soyumamış” “Erudit Kvartet” komanda yarışmasına start verildi. Bu turnirdə “Dumanlı Təbriz” komandası hamıdan güclü oldu.
Ailəvi İstirahət Mərkəzində keçirilən “Nə? Harada? Nə zaman?” turniri isə aprelin 1-nə təsadüf etdi. “Nə? Harada? Nə zaman?” turnirində 37 komanda iştirak edirdi, iştirakçıların sayı isə 200-dən çox idi. “Gülüş günü” bir yerə toplanmış bilicilər gülməkdən çox, düşünməyə üstünlük verdilər. “Bölgələrin intellektual hərəkata cəlb olunması” layihəsi yönündə atılan növbəti addım ölkənin düşünən beyinlərinin paytaxtda cəmlənməsinə səbəb oldu. Turnirdə nəinki Bakını təmsil edən komandalar, həmçinin Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin kollektivləri də çıxış edirdi. Əvvəlcədən gözlənildiyi kimi Kubokun favoritləri “Dumanlı Təbriz”, “Diplomat”, “Veni Vidi Vici”, “Sprut”, “Karvan”, “Turan” və “Triumf”çox yüksək peşəkarlıq səviyyəsi göstərdilər. “Nə? Harada? Nə zaman?” turniri çox gərgin mübarizə ilə yadda qaldı. Suallar səsləndikcə, oyun marafonu sona yaxınlaşdıqca komandaların bir-biriləri ilə necə rəqabət apardığının şahidi olmaq olurdu. Nəticədə, bilicilərə təqdim olunan 36 sual sonunda yalnız III yerin sahibi bəlli oldu. Bu Fərrux Hüseynovun kapitanı olduğu “Triumf” idi. “Diplomat” və “Dumanlı Təbriz” komandalarının isə xalları bərabər olduğundan əlavə suallara ehtiyyac duyuldu. Rüfət Abdullanın katipanı olduğu “Dumanlı Təbriz” bu nəfəskəsici mübarizədən qalib ayrılaraq “Novruz Kuboku”-na sahib çıxdı. Gözəl oyunla yadda qalan Türyan Məmmədovun kapitanı olduğu “Diplomat” komandası II yeri tutdu. |

Ən son şərhlər